Nüsrət Kəsəmənlinin oğlu prezidentə müraciət etdi

img

29-04-2014 [13:29]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə A.Kəsəmənlinin vəkili Aytən Əliyeva çıxış etdi: "Qarşınızda mərhum şair Nüsrət Kəsəmənlinin oğlu dayanıb. Ona qarşı qondarma narkotik ittihamı irəli sürülüb. Arazın heç bir günahı yoxdur. Əməliyyatın rəhbəri Elman Tərlanova sual verdim ki, "qanunsuz maddələrin dövriyyəsi nədir”, cavab verə bilmədi.

Araz həbs olunan gün qardaşı ilə toya gedib. Əməliyyatda iştirak edənlər də Arazın günahsız olduğunu bildirir. Bu qədər ədalətsizlik olmaz. Mən məhkəmənin ədalətli qərar çıxaracağına inanıram”.

Araz Kəsəmənlinin qardaşı Rəşad Kəsəmənli isə prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Zakir Qaralova müraciət edib.

Xatırladaq ki, Araz Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur. Dövlət ittihamçısı A.Kəsəmənliyə 10 il iş istəyib. Növbəti proses mayın 7-də olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA