Prokurorluq əməkdaşı Fəxri Xiyabanda özünü öldürmək istədi

img

29-04-2014 [13:23]


Bu gün səhər Fəxri Xiyabanın ərazisində bir kişi intihara cəhd edib. Bu barədə Səbail Rayon Polis İdarəsindən bildiriblər.

Həyatı ilə hesablaşmaq üçün seçdiyi üsul isə məlum deyil. Xəbər verilib ki, kişi işdən çıxarıldığı üçün intihar etmək istədiyini deyib. Verilən məlumata görə o, prokurorluq orqanlarında işləyib.

Hazırda o, baş verənlərə aydınlıq gətirmək üçün Səbayel Rayon Polis İdarəsinin 9-cu bölməsinə gətirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəisi Eldar Sultanov məsələ ilə bağlı sorğuya cavabında prokurorluq əməkdaşının intihara cəhd etdiyi barədə ilk dəfə eşitdiyini deyib: "Bu yəqin ki, dəqiq informasiya deyil, biz aydınlaşdıracağıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA