Niderland parlamenti Azərbaycana qarşı qətnamə qəbul edəcək? - XİN-dən açıqlama
25-11-2022 [17:43]
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycana qarşı Niderland parlamentinə təqdim olunan qətnamə layihəsi barədə şərh verib.
Mia.az xəbər verir ki, nazirlik rəsmisi "Niderland Parlamentində bir sıra üzvlər tərəfindən Azərbaycanın böyük hərbi üstünlüyə malik bir ölkə kimi guya Ermənistana qarşı hücumları davam etdirdiyi, 13-14 sentyabr tarixlərində Ermənistan ərazilərini işğal etdiyi, Azərbaycanın Ermənistanın cənubunu işğal niyyəti olduğu barədə iddiaların, habelə Ermənistanın müdafiə qabiliyyətini bərpa etmək üçün ona hərbi yardım göstərilməsi barədə çağırışları ehtiva edən qətnamə layihəsi təqdim edilmişdir. Bu məsələyə münasibətinizi öyrənmək istərdik", - sualına belə cavab verib:
- Əvvəlki illərdə Niderland Krallığının Parlamenti tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən tam qərəzli qətnamələrin qəbul edildiyi məlumdur.
30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, mülki əhaliyə qarşı qəddarcasına törədilmiş qırğınlara, talan və vandallıqlara göz yuman Niderlandın qanunvericilik orqanında belə bir təklifin irəli sürülməsi ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasının bir nümunəsidir.
Bununla yanaşı, 2020-ci il müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmadığını, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirdiyini, sərhədboyu bölgələrdə hərbiləşməni artırdığını, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətdiyini və sülh prosesinə qarşı destruktiv addımlar atdığını Niderland tərəfinə xatırlatmaq istərdik.
Cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə baş vermiş toqquşmalar barədə qətnamədəki iddialara gəldikdə qeyd edək ki, sentyabr ayında döyüşlər məhz Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalanması və hərbi obyektlərimizə hücum nəticəsində meydana gəlmişdir. Sentyabr ayında Azərbaycan yalnız Ermənistan tərəfinin hücumlarına qarşılıq vermiş və hərbi mövqeləri hədəf almışdır. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında olmadığı hər kəsə məlumdur.
Azərbaycanın guya Ermənistanın cənubunu işğal etməsi niyyəti barədə qətnamədə qeyd edilən cəfəng fikirlərə gəldikdə Niderland parlamentarilərinin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan tərəfi qarşılılıq prinsipinə əsaslanmaqla, Ermənistanla münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik və ərazi bütövlüyü çərçivəsində normallaşması təşəbbüsünü irəlilətməkdədir.
Niderland tərəfinin sülh prosesinə mane olmaqla Ermənistanda revanşist qüvvələri dəstəkləmək əvəzinə, bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verməsi faydalı olardı.
Qeyd edilən qətnamə layihəsini qətiyyətlə rədd edir, Niderland tərəfini birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq.
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək