Ceyhun Bayramov: "Bu, bölgənin tam potensialından istifadəyə mühüm töhfə verə bilər"

img

24-11-2022 [22:23]


"Regional kommunikasiyanın gücləndirilməsi baxımından müxtəlif üçtərəfli formatlar bölgədəki əlaqələrin genişləndirilməsinə və mövcud ziddiyyətlərin aradan qaldırılmasına köməklik göstərir.

Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

C.Bayramov bildirib ki, qarşılıqlı maraqlara əsaslanan strateji əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm mərhələ rolunu oynayır: "Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir. Azərbaycan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq regionda kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atır. Bu xüsusda, Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir. Bu, bölgənin tam potensialından istifadəyə, həm də sülh quruculuğu prosesinə mühüm töhfə verə bilər".


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub