Musiqi təhsili alan şagird və tələbələr üçün qiymətli töhfə - Hansı ünvanlardan almaq olar?
24-11-2022 [19:55]
Azərbaycanda yeni nəşr olunan “1001 sual” test bankı musiqi sahəsində təhsil alan şagirdlər və tələbələr və s. öyrəncilər üçün qiymətli bilik mənbəyidir.
Kitabda “Azərbaycan musiqi ədəbiyyatı” fənni üzrə 1001 test tapşırığı işlənib. Belə ki, XX əsrin 80-ci illərindən klassik və müasir Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığı əsas götürülərək, müxtəlif səpkili testlər geniş oxucu kütləsi, tələbələr, müəllimlərin işə qəbulu, sertifikasiya və attestasiya imtahanına hazırlaşanlar üçün nəzərdə tutulub. Habelə “1001 sual” test toplusu musiqi sevərlərin bu fənn üzrə biliklərini yoxlamaq üçün də əvəzsiz vasitədir.

Lamiyə İlyas qızı Əhmədova tərəfindən tərtib edilən, şagirdlərə həm mövzu, həm də tərtibat baxımından uyğun olan 1-ci sinif “Solfecio” (mövzu, tapşırıqlar, testlər) adlı dərs vəsaiti də bu formatda ilk və çox dəyərli kitabdır. Kitabda nəzəri mövzularla yanaşı vəsaitdə verilən tapşırıqlar üçün not sətri yerləşdirilib. Bu vəsaitdə nəzəri bilgilərin şagirdlərin anlaya biləcəyi aydın və səlis şəkildə verilməsi, mövzuların nəzəri və praktiki baxımdan tərtib edilməsi istifadəçilərin daha dərin və aydın öyrənməsinə rahat imkan yaradır.
Müəllifin 32 illik müəllimlik təcrübəsinin məhsulu olan bu vəsait 36 nəzəri mövzunu özündə cəmləşdirən 6 fəsildən ibarətdir. Rəngli formatda tərtib edilən kitabda həmçinin şagirdlərin bilik əldə etməyə marağını artıracaq metodlardan istifadə edilib. Mövzuların izahı zamanı müxtəlif şəkillərdən istifadə edilməsi öyrəncilərdə psixoloji rahatlıq və mövzuları vizuallaşdıraraq yadda saxlamağa şərait yaradır. Vəsaitdə yer alan 28 tapşırıq və müxtəlif çalarlı 8 test də şagirdlərin biliklərinin möhkəmləndirilməsinə xidmət edir.
Dərslikdə açıq sualların, məntiqi cəhətdən çözülməli olan test tapşırıqlarının yer alması, müəllif tərəfindən musiqi təhsilinə verilən bir töhfədir.
Haqqında bəhs olunan dərs vəsaiti uşaq musiqi və incəsənət məktəblərinin birinci sinifləri üçün nəzərdə tutulub. Proqrama əsasən səs və onun fiziki xüsusiyyətləri, not və not sətri, açarlar, səslərin uzunluqları, hərfi və heca adları, altetasiya işarələri, pauzalar, xanə və xanə ölçüləri, qamma və s. kimi təməl nəzəri bilgilər əsas götürülüb.
II sinif “Solfecio” dərs vəsaitində də yer alan mövzular, tapşırıqlar, testlər uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər üçün nəzərdə tutulub. Vəsait müasir musiqi sistemi əsasında tərtib olunmuş təhsil proqramına uyğun hazırlanıb. Kitabda major və minor qammaları, əsas və köməkçi üçsəslilər, sadə intervallar, musiqi quruluşu-motiv, ibarə, cümlə, dövr, melizmlər və s. yer alıb.
Nəzəri mövzularla yanaşı vəsaitdə verilən tapşırıqlar üçün not sətri yerləşdirilib. Hər mövzuya aid tapşırıq və testlər tərtib olunub. Şagirdlərin eşitmə qabiliyyətini inkişaf etdirmələri üçün vokal intonasiya məşğələləri, eşidərək təyin etmə, ritmik və musiqi imlaları verilib. Kitab rəngli animasiya şəkilləri ilə zənginləşdirilib.
Vəsaitin sonluğunda L.Dadaşova və A.Əliyevin 2 sinif “Solfecio” nömrələləri yerləşdirilib.
Kitablar Bakı şəhərində ”Ziya”, ”Kitab evi”, “Ziyalı” və Sədərək toptansatış kitab mağazalarında, Naxçıvan şəhərində “Ziya” və ”Ziyalı” kitab mağazalarında satışdadır.
Müəlliflə əlaqə nömrəsi: 050 316 88 86
“AzPolitika.info”
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı
İstanbulda "Casperlar"a qarşı əməliyyat: kriminal şəxslərə "məlumat sızdıran" 7 polis qandallandı
Narkomafiya hökumətə vaxt qoydu: "Ya onu buraxın, ya da şəhəri altını üstünə çevirəcəyik"
SABİQ İCRA BAŞÇISININ HƏBSİYLƏ BAĞLI QƏRAR VERİLDİ
Hərbi xidmətlərə könüllü qatılanlar... - Nələr olacaq?