Bakıda bir ailənin 7 üzvü tortdan zəhərlənib

img

29-04-2014 [12:27]


Bakıda tortdan kütləvi zəhərlənmə faktı qeydə alınıb. Bu barədə apa-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

Hadisə Binəqədi rayonu M. Ə. Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakinləri Ramiz Hüseynov, arvadı Səmayə, qızı Minayə, gəlini Familə, nəvələri Məleykə, Kənan və Səmayə qidadan (tortdan) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA