Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

img

24-11-2022 [18:09]


Basketbol üzrə gənclər arasında Avropa çempionatının C divizonu Azərbaycanda keçiriləcək.

Azərbaycan Basketbol Federasiyasından Mia.az-a verilən məlumata görə, 18 yaşadək oğlanlar arasında keçiriləcək çempionatda iştirak edəcək komandaların adlarına yanvar ayında aydınlıq gələcək.

Avropa çempionatının C divizionunun oyunları 2023-cü ilin 29 iyul - 6 avqust tarixləri aralığında Bakıda baş tutacaq.

Qeyd edək ki, U-18 millimiz sonuncu çempionatda bürünc mükafatın sahibi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR