DÇ-2022: İsveçrə Kamerunu məğlub edib (Yenilənir)

img

24-11-2022 [15:55]


Dünya çempionatının G qrupunda İsveçrə və Kamerun yığmaları arasında oyun başa çatıb.

Mia.az xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 14:00-da start götürüb.

Oyun  İsveçrənin qələbəsiylə başa çatıb - 1:0.

Yeganə qolu 48-ci dəqiqədə Bril Embolo vurub.

Bu qələbədən sonra İsveçrə yığması 3 xalla zirvədə qərarlaşıb. Xalı olmayan Kamerun sonuncudur. Qrupun digər matçında Braziliya Serbiyanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR