Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-11-2022 [00:02]
Qoç - bilik və bacarıqlarınızı artırın. İxtisas müstəvisində irəliləyişlər üçün imkanlar var. Kommersiya, bizneslə məşğul olanlar üçün əlverişli zamandır.
Günün ikinci yarısında borc almayın, kredit götürməyin. Məsuliyyətli və önəmli anlaşmanı ertələyin. Sizi aldada bilərlər.
Yaxınlarınızla münasibətlər kiçik də olsa, sınağa məruz qalacaq. Vədlərə əməl olunmayacaq. Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Enerjinizi kiçik mübahisələrə sərf etməyin.
Buğa - hissləriniz işlərinizə köklü təsir etməsin. Günün ilk yarısında fikir ayrılıqları və ya münaqişə əhvalınızı korlaya bilər. Önəmli iş üçün əlverişli zaman deyil. Yaxşı tanımadığınız insanlarla ünsiyyəti məhdudlaşdırın.
Günün ikinci yarısında emosiyalar həmkarlarınızla təmaslarda problemlər yaratmamalıdır. Yolda ehtiyatlı olun.
Ailə üzvlərindən qayğıkeş, səimimi münasibət görəcəksiniz. Təşəbbüskar olun, qısamüddətli səfərə çıxın. Mühüm işə başlamaq olar.
Əkizlər - günün ilk yarısında enerji aktivliyi səviyyəniz aşağıdır. Səhhətinizdə kiçik problemlər yarana bilər. Amma buna görə nəzərdə tutulan işləri təxirə salmayın. Tənbəllik etməyin, süstlüyə qapılmayın.
Günün ikinci yarısında çətin problemin həllinə dostları və ya tərəfdaşları da cəlb etmək olar. Aramla çalışın, məqsədə doğru inadla irəliləyin.
Şəxsi münasibətlərdə sakitlik hökm sürəcək. Axşam saatlarını rutin, ənənəvi işlərə həsr edin. Aldığınız sifarişin və ya tapşırılan işin təfərrüatlarını ciddi müzakirə edin.
Xərçəng - günün ilk yarısı önəmli işlər zamanı deyil. Diqqətsizlik və ya unutqanlıq ağır fəsadlı problem yaratmasın deyən ayıq olun. İmkan varsa, zəruri informasiyanın axtarışlarına başlayın.Aktiv olun.
Günün ikinci yarısı məhsuldarlıq vəd edən dönəmdir. Yeni ideyalar və məlumatlar peşəkar fəaliyyət müstəvisində irəliləyişə təkan verəcək.
Yaxınlarınıza vaxt ayırın. Onların işlərində iştirak edin. Münasibətlərdə müəyyən problemlər ola bilər. Sevdiyiniz insan sizi onu anlamamaqda suçlayacaq.
Şir - günün ilk yarısında insanların gur olduğu məkanlara yollanmayın. Mühüm hesab etdiyiniz işdə diqqətlə davranaraq bütün detallara fikir verin.
Problemlərin həllini ertələməyin.
Günün ikinci yarısı intensiv zəhmət vaxtıdır. Əzmkar olun, qətiyyətli insan təsiri bağışlayın.
Yaxınlarınıza sürəkli iradlar bildirməyin, onları incitməyin. Dedikləriniz qeyri-adekvat reaksiya yarada bilər.
Axşam saatlarını ailə qayğılarına həsr edin. Sevdiyiniz insanla laqeyd danışmayın.
Qız - bilavasitə sizinlə bağlı işlərin bir parasını ertələmək olar. Daha münasib zamanı gözləməkdən çəkinməyin. Uzunmüddətli səyahət, ağır fiziki iş və ya dəvət alınan tədbirə qatılmaq üçün münasib zaman deyil.
Günün ikinci yarısında enerji səviyyəniz yüksək olmayacaq. Səhhətinizə fikir verin. Saatlar keçdikcə konsentrasiya imkanlarınız artacaq. İntellektual fəaliyyətlə məşğul olmaq mümkündür.
Yaxınlarınız sizinlə ünsiyyətə can atır, sizdən diqqət gözləyir. Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Tərəzi - günün ilk yarısında işlərin planlaşdırılması ilə məşğul olun. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz laiyhənin reallaşdırılması istiqamətində ilk addımları atın. Məqsədi dəqiqləşdirin və bunu unutmayın. Sərvaxt olun, ehtiyatı əldən verməyin.
Günün ikinci yarısında problemlərin sayı artacaq. Cari işlərin və rutin prosesin sizə hədəfi unutdurmasına imkan verməyin.
Sevdiyiniz insanla bağlı bir sirr faş olacaq. Sizin də pərdələmək istədiyiniz gerçək üzə çıxacaq. Naqolay vəziyyətə düşə bilərsiniz. Emosional davransanız, vəziyyət daha da ağırlaşacaq.
Əqrəb - uzunmüddətli fəaliyyət planının hazırlanmasında xeyir var. Mütəxəssisin köməyinə, dostun yardımına ehtiyacınız var. Problemin həlli üçün alternativ fikirləri də dinləyin. Sərfəli ola biləcək ideyaları qulaqardına vurmayın.
Qəti qərar verməyin.
Günün ikinci yarısında önəmli layihənin icrasına başlamazdan əvvəl bir qədər nəfəs dərin.
Yaxınlarınız ideyalarınızla razılaşmırlarsa, təkid etməyin. Onlara düşünmək üçün vaxt verin. Mümkündür ki, bu insanlar az sonra mövqelərini dəyişərək sizi dəstəkləsinlər.
Axşam saatlarını sevimli məşğuliyyətə və ya ünsiyyətə həsr edə bilərsiniz.
Oxatan - yaranmış situsiyadan asılı olaraq planlara dəyişikliklər zərurəti yaranacaq. Narahat olmayın, köklü yeniliklərə ehtiyac duyulmur. Sadəcə, bəzi detalları dəyişmək gərəkdir.
Fəal olun, passivliyə qapılmayın. Yerinizdə saymayın.
Günün ikinci yarısında elə bir vəziyyət yarana bilər ki, təcili qərar qəbul etməli olacaqsınız. Sonuc isə yalnız sizdən asılı deyil.
Axşam saatlarına yaxın qarışıq vəziyyət yaranacaq. Diqqətsizlik işlərdə problem yaradacaq. Gecikmə və ya kiçik səhvlərə görə yaxınlarınızla aqressiv olmayın.
Sakit, soyuqqanlı davranmağa çalışın.
Oğlaq - səhv riski çox böyükdür. Əsas işlə məşğul olaraq ikinci dərəcəli məsələlərə diqqətinizi yayındırmayın. Əks təqdirdə bütün günü xoşagəlməz səhvlərlə yanlışlıqların fəsadlarının aradan qaldırılmasına həsr edəcəksiniz.
Günün ikinci yarısında yardım alacaqsınız. Etibar etdiyiniz adamın dəstəyi ilə işləri qaydaya salaraq onları tamamlaya bilərsiniz.
Ağır fiziki işlə məşğul olmayın. Təkbaşına çalışın, müstəqil fəaliyyət göstərin.
Axşam saatlarında normal istirahət edin.
Dolça - planları hazırlayanda detallara fikir verin. Ən xırda məqamlar belə, diqqətinizdən yayınmamalıdır. Uğur bilavasitə sayıqlığınızdan asılıdır.
Müqavilə və anlaşmaların imzalanması, sazişin müzakirəsi, sifariş qəbulu zamanı sayıq olun. İncə məqamlara fikir verin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə fikir ayrılıqları yarana bilər. Mövqeyinizi var gücünüzlə müdafiə etməyə çalışmayın. Mümkündür ki, dəyər verdiyiniz insan sizi anlamır, təklifinizin perspektivlərini dəyərləndirmir.
Balıqlar - günün ilk yarısı genişmiqyaslı layihəyə başlamaq, köhnə problemin sürətli həllinə start vermək üçün münasib deyil. Rutin, ənənəvi işlərlə məşğul olun.
Tərəfdaşlarla sərfəli danışıqlar apara bilərsiniz.
Günün ikinci yarısında mümkün əməkdaşlıqla bağlı təklif alacaqsınız. Nüfuzlu şəxs sizi dəstəkləyəcək.
Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin. Emosionalsınız və bu səbəbdən də romantik görüşü ertələyin.
Milli.Az
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
Sabahın hava proqnozu açıqlandı
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
SOCAR rəhbərindən daha bir dəyişiklik - "Azneft"in baş direktoru vəzifədən çıxarıldı, yeni təyinat oldu
Səbinə Əliyeva Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
ABŞ Yəməndəki husilərin mövqeyini bombalayıb
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
Magistraturaya qəbul: qeydiyyat başlayıb
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verdi - Açıqlama
Lənkəranda qəza: ata və oğul ölüb
Xankəndidə silah-sursat aşkarlanıb
Pensiyaya çıxan məşhur müğənni məbləğin azlığından şikayətləndi: "Pensiyaçıların Allahdan başqa yardımçıları yoxdur..."
Fələstinli cərrah Qlazqo Universitetinin rektoru seçilib
İstanbulda magistral yolda maşın atəşə tutulub - Yaralılar var
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan neftinin qiyməti 87 dollara enib
ABŞ-da terror: bıçaqlı şəxs əvvəlcə maşını camaatın üstünə sürüb, daha sonra... - 4 nəfər ölüb, 5 yaralı var
Kəlbəcər rayonunda əl qumbaraları tapılıb - FOTO
Kolumbiya argentinalı diplomatları ölkədən qovdu - "Qatil, terrorçu prezident" sözünə görə
İranlı aktyor sosial media fenomeni olan nişanlısını döyüb - FOTOLAR
Kılıçdaroğlundan saxta afişalara sərt reaksiya: "Bəli, bir gün öləcəyəm, amma..." - FOTO
Departament BMT məruzəçisinin hesabatını rədd etdi: "İsrail Qəzzada soyqırım törətməyib"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "Pullar danışır!”
Ramazanın 18-ci günü: imsak və iftar vaxtları
Prezidentin köməkçiləri, şöbə və sektor müdirləri... - Onların qəbul günləri bəlli oldu (CƏDVƏL)
Bakıda liftin qapıları arasında qalan 45 yaşlı qadın ölüb
"Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq və..." - Rəsmi Bakı NATO-nin sabiq rəhbərini qınadı
Nazir "həmkarlar"ın sədrinə yüksək vəzifə verdi
Banan Azərbaycanda niyə baha satılır?
İCRA BAŞÇISINA QARŞI SUİ-QƏSD CƏHDİ: Azərbaycana qarşı “Boris planı”, yoxsa... - TƏHLİL
Sabiq rektora 15 il cəza tələb olundu - Məhkəmə iclası
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qəzzada savaş: can itkisi 32 min 490-a yüksəlib
"Hacıqabul Şərq" komandasını yarışlardan kənarlaşdırılıb
Bənazir Bhuttonun ata Buşa tarixi sözü və ya islam adı altında bəslənən gizli qruplar...- TƏHLİL
Rusiyada 15 yaşlı müsəlman gəncə "Şücaət" medalı verildi - Səbəb
Deputatlar Bakıda yeni parklanma qiymətlərinə etiraz etdi: "Bu, insanların ciblərinə uyğun deyil"
İordan çayının qərb sahilində daha 20 fələstinli həbs olunub