Salyanda 75 yaşlı kişi və onun 74 yaşlı arvadı naməlum şəkildə qətlə yetirilib

img

29-04-2014 [11:29]


Azərbaycanın Salyan rayonunda dəhşətli qətl törədilib. Rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, hadisə rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakinləri, 1939-cu il təvəllüdlü Zəkulla Nəzər oğlu Rəcəbov və onun həyat yoldaşı, 1940-cı il təvəllüdlü Gülnarə Emrul qızı Rəcəbovanın yaşadıqları evdə qətlə yetirilmiş meyitləri tapılıb.

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA