DÇ-2022: Almaniya Yaponiyaya uduzub (Yenilənir)

img

23-11-2022 [19:00]


Dünya çempionatında E qrupunda bu gün Almaniya və Yaponiya yığmaları üz-üzə gəlib.

Mia.az xəbər verir ki, 33-cü dəqiqədə İlkay Gündoğan penaltidən Almaniya yığmasını önə çıxarıb.

75-ci dəqiqədə isə Yaponiya tarazlığı bərpa edib - 1:1.

83-cü dəqiqədə yaponlar daha bir qol vurub - 1:2

Oyun bu hesabla başa çatıb.

****

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turunda üz-üzə gələcək Almaniya və Yaponiya yığmalarının start heyətləri açıqlanıb.

Mia.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaq.

Almaniya: 1. Manuel Noyer (q) (k), 2. Antonio Rüdiger, 3. David Raum, 15. Niklas Süle, 23. Niko Şlotterbek, 6. Coşua Kmmix, 21. İlkay Gündoğan, 10. Serj Qnabri, 14. Camal Musiala, 13. Tomas Müller, 7. Kai Havertz

Yaponiya: 12. Şuiçi Qonda (q), 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 19. Hiroki Sakai, 4. Ko İtakura, 6. Vataru Endo, 26. Hiroki İto, 15. Daiçi Kamada, 17. Ao Tanaka, 11. Takefusa Kubo, 25. Daizen Maeda


Digər xəbərlər
SON XƏBƏRLƏR