Azərbaycan Kuboku: "Zirə" və "Kəpəz" növbəti mərhələyə çıxdı

img

23-11-2022 [16:14]


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanan daha iki komanda bəlli olub.

Mia.az xəbər verir ki, "Zirə" və "Kəpəz" növbəti raunda yüksəliblər.

Paytaxt təmsilçisi 1/8 finalda "Mingəçevir"i məğlub edib - 2:0. Qolları 30-cu dəqiqədə Dmitrios Çantakias, 60-cı dəqiqədə Rüstəm Əhmədzadə vurub. "Qartallar" 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək.

"Kəpəz" isə "Sumqayıt"a qalib gəlib - 1:0. 9-cu dəqiqədə Mixeil Erqemlidze fərqlənib. Gəncə klubu 1/4 finalda "Turan Tovuz"la görüşəcək.

Qeyd edək ki, günün və mərhələnin sonuncu matçında "Sabah" "Qaradağ Lökbatan"ı sınağa çəkəcək. 1/8 finalın ilk oyunlarında "Səbail" MOİK-i 4:0, "Turan Tovuz" "Şamaxı"nı 1:0, "Qəbələ" isə "Araz Naxçıvan"ı 5:0 hesabı ilə üstələyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR