Şirvan şəhərində ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

img

23-11-2022 [10:39]


 Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaranmasından 104 il ötür. Bu münasibətlə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Regional Ədliyyə şöbəsinin rəisi Nizami Hüseynov, Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan Kommersiya Məhkəməsinin sədri Namidar Misirzadə, Şirvan İnzibati Məhkəməsinin sədri Feyruz Abbasov, Şirvan Şəhər Məhkəməsinin sədri Elçin Qurbanov və ədliyyə işçiləri şəhərin Heydər Əliyev meydanında ucalan ümummilli liderin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.

Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, Azərbaycanda dövlət müstəqilliyi bərpa olunduqdan və Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərliyə gəldikdən sonra bütün sahələrdə, o cümlədən ədliyyə orqanlarında və məhkəmə sistemində işin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində ölkəmiz qanunun aliliyinin bərqərar olması və vətəndaşların qanun qarşısında ümumbəşəri bərabərliyinin təmin edilməsi istiqamətində qətiyyətli addımlar atır.

Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev çıxış edərək, 22 noyabr- Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü və ədliyyə orqanlarının yaranmasının 104 illiyi münasibəti ilə ədliyyə işçilərini təbrik edib, Ulu öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq, ölkəmizin hərtərəfli tərəqqisi naminə demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək üzərlərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirmələrini arzu edib.

Tədbirin sonunda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov fəaliyyətində fərqlənmiş və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə bir qrup ədliyyə işçisinə şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanını təqdim edib.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR