Argentinanın baş məşqçisi: "Başımızı qaldırıb yola davam etməliyik"

img

22-11-2022 [18:15]


"Başımızı qaldırıb yolumuza davam etməliyik, başqa çarəmiz yoxdur".

Məlumata görə, bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı yığmasına 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

Baş məşqçi məğlubiyyətə görə məyus olduqlarını bildirib: "İkinci hissədəki səhvlərə görə məğlub olduq. Bunları düzəltməliyik. Hələ qarşıda iki görüşümüz var. Həmin matçlarda qələbə qazanmalıyıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR