Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala çıxdı

img

22-11-2022 [16:01]


"Səbail" və "Turan Tovuz" komandaları futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıblar.

Məlumata görə, paytaxt təmsilçisi 1/8 finalda MOİK-i 4:0 hesabı ilə məğlub edib. "Dənizçilər"in qollarını 18-ci dəqiqədə Franko Mazurek, 30-cu dəqiqədə Ədilxan Qarəhmədov, 75-ci dəqiqədə Mirabdulla Abbasov və 90-cı dəqiqədə Maksim Çex vurub.

Tovuz təmsilçisi isə "Şamaxı"nı minimal hesabla yenib - 1:0. 68-ci dəqiqədə Natan Oduva fərqlənib.

"Səbail" növbəti raundda "Sabah" - "Qaradağ Lökbatan" cütünün qalibi ilə, "Turan Tovuz" isə "Kəpəz" - "Sumqayıt" duelinin güclüsü ilə üz-üzə gələcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR