Azərbaycanlı şairlərin şeirləri İrəvanda yayımlanıb

img

22-11-2022 [12:21]


Azərbaycanlı şairlərin şeirləri İrəvanda nəşr olunan antalogiyaya salınıb.

Bu barədə mühacirətdə yaşayan şairə Günel Mövlud “Facebook” hesabında məlumat paylaşıb.
Günel Mövlud bildirib ki, erməni jurnalist Yuri Manvelyanın təşəbbüsü və baş redaktorluğu ilə nəşr olunan antalogiyaya, Azərbaycanın tanınmış şairləri Rasim Qaracanın, Həmid Herisçinin, Aqşin Yeniseyin və Nərmin Kamalın da şeirləri erməni dilinə tərcümə olunaraq daxil edilib.

Aqşin Yenisey Bakupost.az -ın əməkdaşıyla söhbətində məsələdən xəbərsiz olduğunu deyib: “Mənim bundan xəbərim yoxdu. Araşdırmadan heç nə deyə bilmərəm. Bu barədə sabah geniş açıqlama verəcəyəm”.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA