Baş nazirdən Azərbaycanın Tel-Əvivdə səfirlik açma qərarına reaksiya: "Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və..."

img

18-11-2022 [15:52]


“Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir”.

Bunu İsrailin Baş naziri Yair Lapid tviterdə yazıb.

O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışlayıb: “Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir. Azərbaycan Prezidenti İlham Əliyevə təşəkür edirəm. İlk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR