Azərbaycanda bir yaşlı uşaq yanğında ölüb

img

28-04-2014 [15:15]


Azərbaycanda bir yaşlı uşaq yanaraq ölüb. MIA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Axısxa kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı ev 70 kv.m sahədə yanıb.

 

Yanğın zamanı 2013-cü il təvəllüdlü Davitadze Hüseyn Rasim oğlu yanıq xəsarətləri ilə valideynləri tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA