Azərbaycan və Gürcüstan prezidentləri arasında məktub mübadiləsi olub - MƏTN
18-11-2022 [11:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.
Mia.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Azərbaycan Respublikası ilə Gürcüstan arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, dost xalqınıza ən xoş və səmimi arzularımı çatdırıram.
Azərbaycan-Gürcüstan əlaqələrinin qədim ənənələri vardır. Tarixən dostluq, mehriban qonşuluq, qarşılıqlı anlaşma şəraitində yaşamış və daim bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. Ötən 30 il ərzində qarşılıqlı inam və etimada əsaslanan əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması xüsusi məmnunluq doğurur.Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, daim genişlənən siyasi dialoqumuz qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə hərtərəfli inkişafına güclü təkan vermiş, irimiqyaslı enerji və nəqliyyat layihələrinin müvəffəqiyyətlə gerçəkləşməsinə əlverişli imkan yaratmışdır. Birgə həyata keçirdiyimiz önəmli layihələr bu gün dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, bölgəmizin rifahına, sabitliyinə və təhlükəsizliyinə töhfə verir və ümumiyyətlə bütün Avropa qitəsi üçün
Bu gün iqtisadi, ticari, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız strateji
mühüm əhəmiyyət daşıyır. tərəfdaşlığımızı səciyyələndirən mühüm amillərdir. Biz dost Gürcüstan ilə əlaqələrimizə böyük önəm verir və onları daha da dərinləşdirmək əzmindəyik. Hesab edirəm ki, Azərbaycan-Gürcüstan əməkdaşlığını genişləndirmək və inkişaf etdirmək üçün yaxşı imkanlar vardır.
Əminəm ki, mövcud imkanlardan yararlanaraq xalqlarımızın və ölkərimizin rifahı, regionumuzda sülh, sabitlik və tərəqqinin bərqərar olması naminə Azərbaycan ilə Gürcüstan arasında müstəsna xarakter daşıyan əlaqələrin, strateji tərəfdaşlığın birgə səylərimizlə daha da möhkəmlənməsinə nail olacağıq.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Eyni zamanda Gürcüstanın Prezidenti Salome Zurabişvili də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Zati-aliləri,
Gürcüstan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etmək istərdim.
Ölkələrimiz arasındakı mehriban qonşuluq münasibətlərinin çoxəsrlik tarixi vardır. Ölkələrimizin müstəqilliklərini bərpa edənədək üzləşdikləri çoxsaylı çətinliklərin təbii nəticəsidir ki, Gürcüstan və Azərbaycan nəinki dost dövlətlər olaraq qaldılar, bu münasibətlər strateji tərəfdaşlığa çevrildi.
Ölkələrimiz müstəqil və azad dövlətlər kimi öz ilk addımlarını atdıqları 30 il əvvəldə olduğu kimi, bu gün də dünyada sülh və sabitlik qarşısında böyük təhdid və çağırışlar dayanır. Regionumuzun sabitliyi və təhlükəsizliyi bu qlobal çağırışların öhdəsindən gəlmək baxımından mühüm əhəmiyyət kəsb edir.
İnanıram ki, ortaq səylərimiz sayəsində bu çağırışları imkanlara çevirərək ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyik. Əminəm ki, Gürcüstan və Azərbaycan nəinki regionumuzda, həmçinin qlobal səviyyədə təhlükəsizliyin və sabitliyin, o cümlədən iqtisadi inkişafın möhkəmlənməsinə böyük töhfə verəcəklər.
Zati-aliləri, Sizə bir daha ən yüksək ehtiramımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq diləyirəm".
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib