AFFA İntizam Komitəsinin bəzi klubları cəzalandırıb - Səbəb

img

17-11-2022 [17:28]


AFFA İntizam Komitəsinin bəzi klubları cəzalandırıb.

Mia.az AFFA-ya istnadla xəbər verir ki, qərar bugünkü iclasda qəbul olunub:

- Azərbaycan Premyer Liqasının XIV turunun “Şamaxı” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının futbolçusu Vüsal İsgəndərli oyundan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırdığına görə 1 oyun cəzalandırılır, klub 2400 manat cərimə edilir. Stadiona dəymiş ziyan "Sumqayıt" futbol klubu tərəfindən tam ödənilsin (maddə 65.1) (maddə 65.2);

- XIV turun “Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilir (maddə 39);

- Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

- XIV turun “Kəpəz” – “Turan Tovuz” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

- “Turan Tovuz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilir (maddə 39);

- XIV turun “Sabah” – “Qarabağ” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğu üçün “Sabah” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

- “Qarabağ” azarkeşləri tərəfindən 54 ədəd oturacağın sıradan çıxarılmasına görə dəymiş ziyan “Qarabağ” klubu tərəfindən stadiona tam ödənilsin (maddə 49.4).


Digər xəbərlər
SON XƏBƏRLƏR