Dövlət Xidməti bir milyona helikopter satdı

img

17-11-2022 [16:28]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda “Airbus Helicopters EC-135P2” markalı helikopter ilkin start qiymətinə - 1 milyon manata özəlləşdirilib.

Mia.az xəbər verir ki, buraxılış tarixi 2009-cu il olan helikopterin uçuş müddəti 90 saatdır.

Bundan başqa, hərracda “Yevlax Tikinti Servis” SC-nin 30,12%-lik səhm paketi və 29 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər rəqabətli şəkildə satılıb. İlkin satış qiyməti 7 600 manat olan “BMW 523İ” markalı avtomobilə son təklif 14 200 manat, ilkin satış qiyməti 15 000 manat olan “Toyota HILUX MİNİK” markalı avtomobilə isə son təklif 24 350 manat olub.

Özəlləşdirilən dövlət əmlaklarından dövlət büdcəsinə 1,2 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3EbTPSD)

Növbəti hərraclar 22, 29 və 30 noyabr tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 4 səhmdar cəmiyyətinin səhm paketi, 26 kiçik dövlət müəssisə və obyekti, 61 nəqliyyat vasitəsi çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub