Deputat: "Bilirsiniz ki, bu gün havadan barıt qoxusu gəlir" - "Bir yandan Fransa, bir yandan İran, bir yandan Rusiya fərman göndərir"

img

17-11-2022 [12:17]


"Bilirsiniz ki, bu gün havadan barıt qoxusu gəlir. Bu baxımdan təklif edirəm ki, büdcədə təhlükəsizlik, müdafiə məsələləri geniş əhatə olunsun".

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü iclasında deyib.

O bildirib ki, Azərbaycanda milli dirçəliş və milli azadlığa gedən yol ümummilli Heydər Əliyevin adı ilə bağlıdır: "Bu gün Türkmənçay müqaviləsindən sonra 200 illiyi ərəfəsində Ali Baş Komandan İlham Əliyev yeganə şəxsdir ki, şəkli Azərbaycanın ürəyi olan Təbrizdə, Ərdəbildə, Xoyda və digər yerlərdə divarlara vurulub. Onun adı Azərbaycan xalqının lideri, Qarabağın fatehi kimi çağırılır. Cənublu qardaşlarımıza demək istəyirəm ki, bu fatehlik təkcə Qarabağla bitməyəcək, onun fatehliyindən çox yeniliklərin şahidi olacağıq. Ona görə də burada büdcəni müzakirə edən vaxt dünyada baş verən hadisələr içərisində kiçik məsələlərə getməyib qlobal məsələləri ortaya qoymalıyıq.

Bilirsiniz ki, bu gün havadan barıt qoxusu gəlir. Bu baxımdan təklif edirəm ki, büdcədə təhlükəsizlik, müdafiə məsələləri geniş əhatə olunsun. Bir yandan Fransa, bir yandan İran, bir yandan Rusiya fərman göndərir. Belə dövrdə təkcə hərbi müdafiədən yox, eləcə də hərbi, diplomatik, informasiya, sosia-iqtisadi, ərzaq təhlükəsizliyindən söhbət gedir. Bu da qlobal məsələlərdən biridir ki, bunları həll etməliyik. Hökumətlə bir yerdə bir yumruq kimi bir yerə vurmalıyıq, hökumətin fəaliyyəti dəstəklənməli, lazımi qanunlar qəbul edilməlidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR