Cəlilabadda 14 yaşlı qızı qaçırdılar

img

28-04-2014 [13:35]


Bir neçə gün əvvəl Cəlilabad rayonunda adam oğurluğu hadisəsi baş verib.

JAM.AZ xəbər verir ki, həftənin cümə günü dərsdən çıxaraq, evlərinə getmək istəyən 14 yaşlı qız naməlum şəxslər tərəfindən qaçırılıb. 

Adı açıqlanmayan 14 yaşlı qızı qaçıranların kimliyi də hələlik məlum deyil. Şahidlərin verdiyi ifadəyə görə, azyaşlı qızı qaçıranlardan biri qadın olub, ona isə bir kişi kömək edib. Qaçırmanın evlilik məqsədi ilə olduğu düşünülür. Lakin 14 yaşlı qızla evlənməyin mövcud qanunvericiliyə görə cinayət olduğu dəqiqdir. Cəlilabad polisində bu hadisə ilə əlaqədar adam oğurluğu maddəsi ilə cinayət işi açılıb və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA