Prezident İlham Əliyev Agentliklə bağlı fərman imzalayıb

img

16-11-2022 [17:12]


Prezident İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikası Kino Agentliyinin nizamnamə fondu 100 000 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Mədəniyyət Nazirliyinə tapşırılıb ki, Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR