Baş prokuror Vəkillər Kollegiyasının sədri ilə görüşüb - FOTO

img

16-11-2022 [15:11]


Noyabrın 16-da Baş prokuror Kamran Əliyev Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşüb.

Mia.az Baş Prokurorluğa istinadla bildirir ki, Rəyasət Heyətinin sədrini və üzvlərini səmimi salamlayan Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər məlumat verib.

Kamran Əliyev hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edildiyini vurğulayaraq qanunvericilik və institusional islahatlarla ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində effektiv müdafiə mexanizmlərinin formalaşdırıldığını, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsinin mühüm əhəmiyyətini qeyd edib.

Qəbula görə minnətdarlığını bildirən A.Bağırov cinayət mühakimə icraatında ittihamı və müdafiəni həyata keçirən təsisatlar olaraq cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi istiqamətində, habelə hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanları ilə səmərəli və işgüzar münasibətlərin vacibliyini deyib.

Görüş zamanı cinayət prosesinin həyata keçirilməsi zamanı meydana çıxan aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR