Fransa Senatı Azərbaycana qarşı qondarma qətnamə qəbul etdi

img

15-11-2022 [21:17]


Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

Mia.az xəbər verir ki, sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.

Bundan əlavə, qondarma qətnamədə Azərbaycana qarşı bir sıra ittihamlar yer alıb.

Belə ki, Qətnamə layihəsində "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi" tələb olunub.

Layihə müəllifləri "Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını" tələb edirlər.

"Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli hər növ Diskriminasiyanı Qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görmək" tələb edilir.

Bununla yanaşı, Fransa hökumətinə "Dağlıq Qarabağda humanitar büro açmaq" təklif edilir.

Təkliflər arsında qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması da yer alır.

Eyni zamanda, Fransa hökumətindən Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla diplomatik prosesə başlamaq tələb olunur.

Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də təkliflər arasında var.

Qeyd edək ki, Fransa uzun müddətdir ki, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir və onu pozuculuq fəaliyyətində həvəsləndirir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR