Zakir Həsənov Gürcüstanda: nazir Milli Müdafiə Akademiyasında olub, generalla görüşüb - FOTOLAR

img

15-11-2022 [16:19]


Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qori şəhərindəki David Ağmaşenebeli Milli Müdafiə Akademiyasını ziyarət edib.

Mia.az xəbər veirr ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri akademiyanın rektoru briqada generalı Mamia Balaxadze ilə görüşüb. Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi, eləcə də bu sahənin inkişaf perspektivləri müzakirə olunub.

Sonra general-polkovnik Z.Həsənov akademiyanın “Şərəf kitabı”nı imzalayıb.

Milli Müdafiə Akademiyası ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov kursantların idman yarışını izləyib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR