Azərbaycanın Dostları Assosiasiyası Makrona və Senata müraciət edib
15-11-2022 [13:16]
Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası (ADA) 6 senatorun Azərbaycana qarşı təqdim etdiyi qətnamə layihəsi ilə bağlı bu ölkənin dövlət başçısına və Senatına müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Mia.az-a bildirilib ki, Assosiasiyanın prezidenti Jerom Lamberin adından Fransa Prezidenti Emmanuel Makrona və senatorlara ünvanlanan müraciətdə bildirilib ki, noyabrın 15-də Fransa ilə Azərbaycan arasında münasibətlərə dair qətnamədən danışılacaq.
O, senatorları iki ölkə arasında çətinliklər yaradacaq bu qətnaməni qəbul etməməyə çağırıb: “Sizdən yenə də xahiş edirik ki, son otuz ildə Ermənistan və Azərbaycan arasında münaqişəyə Fransa hökumətini cəlb etməyəcək rəsmi mövqe nümayiş etdirəsiniz”.
J.Lamber bu mövqeyini qətnamənin mətninin Ermənistanla Azərbaycan arasında mövcud vəziyyətə tamamilə cavab vermədiyi, hətta son aylarda baş verən təkamüllərlə ziddiyyət təşkil etməsi ilə izah edib. Xatırladıb ki, BMT Təhlükəsizlik Şurası dəfələrlə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyib, Fransa erməni işğalını qınayan bütün qətnamələrə səs verib. İki il öncə isə öz ərazi bütövlüyünü müdafiə etmək hüququndan istifadə edən Azərbaycan qonşu Ermənistanın 30 illik işğalına son qoyub.
Nəzərə çatdırılıb ki, indiyədək beynəlxalq birlik Azərbaycanı əsla qınamayıb, hazırda Qarabağ bölgəsində vəziyyət sabitdir, Emmanuel Makron isə son aylarda dəfələrlə etiraf edib ki, Fransa Azərbaycanın Ermənistan işğalına qədər beynəlxalq səviyyədə qəbul olunan sərhədlərini tanıyır. Lakin 2020-ci ilin noyabrında imzalanan üztərəfli razılaşmadan sonra Azərbaycanın sülh və normallaşma münasibətlərinin yaranması istiqamətində ciddi səylərinə baxmayaraq, indiki durum Ermənistanın milliyyətçi ekstremist dairələrinin xoşuna gəlmir və onlar yeni insidentlərin törədilməsinə çalışırlar.
ADA prezidenti hesab edir ki, törədilən təxribatlar, sərhədyanı ərazilərdə minaların basdırılmasının davam etdirilməsi, üçtərəfli bəyanata və razılaşmalara zidd olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasından, bu ərazidə rabitə və nəqliyyat kommunikasiyalarının açılmasından imtina edilməsi qəbuledilməzdir.
Bu cür ekstremist qüvvələrin erməni diasporundan estafet aldıqlarını, Fransadakı bəzi senatorları inandırmaq üsulları tapdıqlarını təəssüflə vurğulayan ADA prezidenti bildirib ki, bu, istər beynəlxalq hüqüq, istərsə də sülhün və ölkələrarası normal münasibətlərin qurulması baxımından yersiz təşəbbüsdür: “Çünki Fransa bütün xalqlarla ünsiyyət qurmalıdır. Təəssüf ki, milli ərazimizdə mövcud olan nüfuzlu fransız icmasının bəzi erməni əsilli nümayəndələrinin “intiqam” arzusu var. Lakin bu, Azərbaycan və Ermənistan arasında davam edən danışıqlara ziddir. Fransa və Avropa İttifaqı, təbii ki, erməni diasporasındakı ekstremistlərin manevrləri üzündən, deyəsən, danışıqlar aparan tərəf kimi mövqe tutmaq legitimliyini itiriblər”.
J.Lamber xəbərdarlıq edib ki, Ermənistan və Azərbaycan arasında danışıqlar irəliləməkdədir: “Bu yaxınlarda Praqa və Soçidə Ermənistan və Azərbaycan liderləri birgə bəyanatlarda bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar! Bu o deməkdir ki, sizə təqdim olunan “fərman” mövcud vəziyyəti əks etdirmir”.
Bildirib ki, qətnamə layuhəsinin qəbulu hətta Fransanın diplomatik mövqeyini əks etdirməsə belə, ölkəni bu ərazilərin, onların tarixlərinin və qarşılıqlı əlaqədə olmağa çağırdığı xalqların mürəkkəb reallıqlarından bir az təcrid edə bilər. Halbuki Fransa bu xalqlarla qarşılıqlı münasibətlərə uyğun hərəkət etməli, Avropanın sərhədləri yaxınlığında və bir çox sivilizasiyaların kəsişməsində mövcud olan bu regionda təsir etmək imkanlarını yaradacaq ən yaxşı ruh yüksəkliyini qoruyub saxlaya bilməlidir.
Müraciətin sonunda J.Lamber senatorları reallığı və mövcud vəziyyəti əks etdirməyən retroqrad qətnaməyə səs verməməyə çağırıb: “Fransa sülh üçün çalışmalı, onun parlament nümayəndələri icmalar arasında problem yaratmamalıdır. Tam əksinə fəaliyyət göstərməlidir”.
Qeyd edək ki, müxtəlif dünya ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Koordinasiya şuraları da bu müraciətə qoşulub.
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb