Baydenlə Çinin sədri G20 sammiti çərçivəsində görüşüb - 3.5 saat ərzində nələr müzakirə edilib? (FOTO)

img

14-11-2022 [18:53]


ABŞ prezidenti Cozef Baydenlə Çinin sədri Si Cinpin İndoneziyada G20 sammiti çərçivəsin üç saat yarımdan çox davam edən görüş olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, tərəflər aralarında yaranan gərgin münasibətlərlə yanaşı, bölgə və dünyada baş verən məsələlər barədə fikir mübadiləsi aparıblar.

Ağ Ev görüşdən sonra bəyanat yayıb.

Bildirilib ki, ABŞ və Çin arasında gələcəkdə münaqişənin qarşısını almaq üçün prinsiplərin işlənib hazırlanması barədə tərəflər arasında razılaşma olub: "Bayden Si Cinpinə ABŞ-ın Çinlə fəal rəqabət aparmağa davam edəcəyini söyləyib. ABŞ və Çin rəhbərləri razılaşıblar ki, nüvə müharibəsi heç vaxt aparılmamalıdır və bu müharibədə qalib olmur. Liderlər Ukraynada nüvə silahından istifadə təhdidlərinə də qarşı çıxıblar".
Çin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə isə Si Cinpin Baydenə görüşdə Tayvanın müstəqilliyinin qeyri-mümkün olduğunu təkrarlayıb: "Görüşdə ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ilə bağlı razılıq da əldə olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub