Taksimdə terroru törədən kimdir? - Qruplaşma terrordan sonra onu da öldürmək istəyirmiş (Açıqlama/FOTO)

img

14-11-2022 [12:33]


İstanbulda terrora görə saxlanılan qadın PKK ilə əlaqəsini etiraf edib.

Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, bu barədə İstanbul polis idarəsindən bildirilib.

Qeyd olunub ki, Suriya əsilli Ahlam Albashır ilk ifadəsini verib.

Daxili işlər naziri Süleyman Soylu isə jurnalistlərə deyib ki, İstanbuldakı terror aktına çox sərt cavab verəcəyik: "Kəşfiyyat məlumatlarına əsasən, terror aktını sifariş edən şəxslər terroçu Ahlam Albashırı öldürməyi planlaşdırırmış. Amma biz onu ələ keçirməyi bacardıq. Son 6 ildir İstanbulda belə hadisə baş verməmişdi. Terrorçulara qarşı mübarizə davam edəcək. Ahlam Albashırın öldürülməsi ilə bağlı əmr verən şəxs də saxlanılıb. Bəlkə də, terrorçular məyus olacaq. Amma deməliyəm ki, daha bir neçə əməliyyat nəzərdə tutumuşuq. Əməliyyatlarımız davam edəcək”.

Qeyd edək ki, dünən İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

Terror aktını törətməkdə şübhəli bilinən 46 nəfər isə saxlanılıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR