DTX-dən DAHA BİR MÜDHİŞ ƏMƏLİYYAT: İranın yaratdığı casus şəbəkəsi qandallandı - TƏFƏRRÜAT/VİDEO
14-11-2022 [10:07]
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran xüsusi xidmət orqanlarına bağlı olan casus şəbəkəsi ifşa edib.
Mia.az xəbər verir ki, bu barədə DTX saytı məlumat yayıb.
Bildirilib ki, İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir:
"Həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycanın suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.
Başqa bir araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini vatsap ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.
Eyni zamanda, müəyyənləşdirilib ki, digər Azərbaycan vətəndaşı Ağazadə Bəxtiyar Rafiq oğlu dini təhsil almaq üçün İran İslam Respublikasında olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başlamış, onların tapşırığı ilə xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları, o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları toplayaraq İran xüsusi xidmət orqanına verməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr yaranıb.
Həmçinin müəyyən edilib ki, Cəfərzadə Mirhafiz Mirisaq oğlu İran xüsusi xidmət orqanlarının nəzarəti altında törətdiyi cinayət əməllərinə görə 2018-ci ildən barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib, hazırda İranda gizlənən Məmmədov Orxan Kəmran oğlunun Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərərək hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları teleqram tətbiqi sistemi vasitəsilə sonuncuya göndərib.
Azərbaycan vətəndaşları - Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar.
Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında vatsap tətbiqində yaradılan qapalı qruplar ifşa edilib.
Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycanın Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib.
Hazırda DTX-də kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir".
"Qarabağ”-“Çelsi” matçına qanunsuz bilet satanlar saxlanıldı - VİDEO
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
"Beşiktaş"ın sabiq futbolçusu dönər biznesinə girişib
Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub
İsrail hərbçiləri İordan çayının qərb sahilində: yeni əməliyyatlar başlayıb - Həbslər var
Səlçuk İnan: "Qalatasaray"ı məğlub edəcəyik"
Kamal Kılıçdaroğlunn süqutu: ofis təhvil verildi - Türkiyə siyasətində daha bir dövr qapandı (FOTO)
"Trabzonspor"da zədəli oyunçuların sayı çoxalıb - Kamerunlu qolkiper də sıradan çıxıb
Zəfər Günü yürüşlərin olacağı küçələr - SİYAHI
Qəzzada ölənlərin sayı 68.872-yə çatıb
Bakıda daha bir məktəbdə qalmaqal: direktorla müəllimə üz-üzə gəlib
"Qarabağ"- "Çelsi" oyunu... - Qurban Qurbanov klubun bliet satışına problem yaradılmasına belə cavab verdi (VİDEO)
Əkrəm İmamoğlunun atası və oğlu istintaqa çağırılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gəncə İcra Hakimiyyətində yoxlama aparılır
Özbəkistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
Məhkəmə ilə bağlı yeni sistem yaradılacaq - Fərman imzalandı
Prezident İlham Əliyev daha bir fərman imzaladı - Detallar
Bakı metrolarında yeni ödəniş forması tətbiq olunub
Məktəblərdə bayram tətili... - Agentlik açıqlama yaydı
Parada görə marşrutların istiqaməti dəyişdirilir, bəzləri müvəqqəti işləməyəcək - SİYAHI
“Azercell”in dəstəyi ilə şəhid övladları üçün II İntellektual Marafon keçirildi - FOTOLAR
Mikayıl Cabbarov Rövnəq Abdullayev və komandasını "vurdu" - “SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də”
Ramiz Mehdiyevin vəkilləri şikayətləri geri götürüb - Yeni detallar
HANSI SAHƏLƏRƏ VERGİ GÜZƏŞTLƏRİ OLACAQ? - Nazir sadaladı
Bu qurumların layihələrinə vəsait ayrılmayacaq
AzTV-də 26 milyon manat hara yoxa çıxıb? - Açıqlama
Ramiz Mehdiyevin oğlundan xəbər var: "Hər gün işə gəlir və..."
Fəzail Ağamalının nikahdankənar oğlu... - İki də nəvəsi varmış
Azərbaycan və Əlcəzair XİN başçıları arasında görüş keçirilib
Maştağa və Albalılıqda işıq olmayacaq
AEM: Oktyabrda apteklərdən 8 dərman vasitəsi yığışdırılıb
Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb
Sabah Bakıda və rayonlarda leysan olacaq - PROQNOZ
Binəli Yıldırım: Türk dövlətləri arasında qarşılıqlı ticarət dövriyyəsi cəmi 70 milyard dollardır
Zəngilan şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirilib
İranda neft emalı zavodunda güclü yanğın baş verib