Ceyhun Bayramovdan İstanbuldakı terrorla bağlı mesaj: "Türkiyənin yanındayıq"

img

13-11-2022 [19:17]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışda ölənlərlə bağlı Türkiyəyə başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov  tviter-də paylaşım edib: “İstanbul şəhərində İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində hayatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”.

Xatırladaq ki, İstanbulun məşhur küçəsi İstiklalda baş verən yterror aktında 6 nəfər ölüb, 53 yaralı var.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR