İstanbulun məşhur meydanında dəhşətli terror - 6 nəfər ölüb, 81 yaralı var, 46 nəfər tutulub - FOTOLAR (Yenilənir)

img

14-11-2022 [11:50]


Noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin qəlbi sayılan Taksim meydanına çıxışı olan məşhur İstiklal küçəsində Bakı vaxtı ilə saat 17.20-də güclü partlayış baş verib.

Mia.az NTV-yə istinadla xəbər verir ki, hadisə mağazaların birinin önündə yaşanıb.

Partlayışın səbəbi və yaralılar barədə hələ ki rəsmi məlumat açıqlanmayıb.

Ehtinal olunur ki, bu, terror aktıdır.

Məlumata görə, hadisə yerinə şəhər valisi və bələdiyyə sədri Əkrəm İmamoğlu da gəlib.

***

Son məlumata görə, İstiklal küçəsindəkipartlayışda 4 nəfər ölüb, 38 yaralı var.

Mia.az xəbər verir ki, hadisə yerindən canlı yayım isə qadağan olunub.

Ərazi gediş-gəlişə tam qapanıb.

Hazırda hadisə barədə araşdırma aparılır.

***

Hadisə ilə bağlı açıqlama verən Türkiyə prezidenti Ərdoğan partlayışın terror olduğunu deyib.

O bildirib ki, hadisədə terror iyi var: "Valinin mənə verdiyi məlumata görə, bonbalı hücumda bir qadının da rolu görünür. Bu xain hücumun günahkarları tezlklə tapılacaq. Təəssüf ki, 6 nəfər ölüb, 53 yaralı var".

***

İstanbuldakı terror aktında yaralananların sayı artıb..

Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.

O, bildirib ki, yaralıların sayı 81 nəfərdir, 6 nəfər isə ölüb: "Bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”.

***

İstanbuldakı terroru PKK/PYD terror təşkilatı törədib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

O bildirib ki, partlayışa səbəb olan bombanı qoyan şəxs yerli polis idarəsi tərəfindən saxlanılıb. Lakin nazir onun kimliyini açıqlamayıb: “Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik. Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır. Yaralılarımızdan 5-i hazırda reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır”.

***

İstiklal küçəsində törədilən terror aktı ilə bağlı indiyədək 46 nəfər saxlanılıb.

Mia.az xəbər verir ki, bu məlumatı Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ açıqlayıb.

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR