Məmur olmaq istəyənlər imtahan verib

img

13-11-2022 [16:02]


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 13-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib.

DİM-dən Mia.az-a bildirilib ki, AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Bu imtahanda 94 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB1 altqrupu üzrə 1 nəfər, AB3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 3 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 1 nəfər, AC4 altqrupu üzrə 4 nəfər, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 6 nəfər, BA3 altqrupu üzrə 13 nəfər, BA4 altqrupu üzrə 25 nəfər olmaqla, ümumilikdə 60 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası noyabrın 14-16-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri isə 2 gün ərzində elan olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR