İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - FOTOLAR (Yenilənib)

img

11-11-2022 [20:49]


Noyabrın 11-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Mia.az xəbər verir ki, görüşdə Qurbanqulu Berdiməhəmmədov Vətən müharibəsində Qələbənin ikinci ildönümü münasibətilə özünün və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev öz növbəsində Qurbanqulu Berdiməhəmmədovu Türk Dünyasının Ali Ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Dövlətimizin başçısı qeyd edib ki, Türkmənistan və Azərbaycan bütün sahələrdə qardaşlıq, dostluq münasibətləri nümunəsi göstərir və bugünkü görüş də əlaqələrimizin inkişafına yaxşı təkan verəcək.

Görüşdə energetika, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR