Deputatlar pulun azlığından şikayətləndi, nazir belə cavab verdi: "Bu büdcəni Milli Məclis özü müəyyən edib"

img

11-11-2022 [14:02]


“Deputatların ezamiyyə xərclərinə ayrılan vəsait azdır”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri ezamiyyə xərclərinə ayrılan vəsaitin artırılmasını təklif edib: “Bu gün Milli Məclisin deputatları xarici ölkələrdə Azərbaycan həqiqətlərini çatdırırlar. Ona görə də əlavə maliyyə ayrılmalıdır. Biz xaricdə Ermənistan nümayəndələrinə qarşı Azərbaycanın haqq səsindən çıxış edirik. Hazırda da deputatlarımız səfərdədir. Ayrılan vəsait deputatların ezamiyyət xərcləri üçün kifayət etmir. Ümid edirik ki, məsələyə baxılacaq, dövlət büdcəsinin maliyyə ayrılacaq”. 

***

“Milli Məclisin ezamiyyə xərcləri azdır”.

Bu sözləri isə  deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, buna görə də parlamentin sədri Sahibə Qafarova xaricə məhdud heyətlə səfər etməli olur”.

Deputatın dediyinə münasibət bildirən maliyyə naziri Samir Şərifov isə deyib ki, ezamiyyə xərclərinin yeni normalarının dəqiqləşdirilməsi üzərində iş gedir: "Hazırkı normalar uzun müddətdir ki, qəbul olunub. Milli Məclisin ezamiyyə xərclərinə gəldikdə isə, bu büdcəni Milli Məclis özü müəyyənləşdirib. Belə qənaətə gəlirəm ki, parlament bu məsələdə xeyli qənaətcil davranıb və mən onun bu addımını alqışlayıram"/Report

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR