Ərdoğana Türk Dünyasının Ali Ordeni verildi: "Bu, mənim üzərimə böyük məsuliyyət qoyur"

img

11-11-2022 [13:21]


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Türk Dünyasının Ali Ordeni ilə təltif edib.

Mia.az xəbər verir ki, təqdimetmə mərasimində çıxış  edən Ərdoğanın sözlərinə görə, Türk Dünyasının Ali Ordeni türkdilli dövlətlərlə əlaqələrin gücləndirmək, xalqlarımızı birləşdirmək, Türk Dövlətləri Təşkilatının dünyada nüfuzunu artırmaq məsələsində üzərinə böyük məsuliyyət qoyur: "Türk Dövlətləri Təşkilatı özünü tanınmış beynəlxalq struktur kimi təsdiqləyib. Türk dünyası bu gün dünənkindən daha çox gücə malikdir. Ölkələrimiz müxtəlif sahələrdə: idmandan mədəniyyətə, siyasətdən ticarətə qədər sıx inteqrasiya və əməkdaşlıq arzusunda həmrəydir. Türk Dövlətləri Təşkilatının platforması dövlətlərimizin birgə səylərinin bəhrəsidir. Türk dövlətlərinin birgə səyləri istənilən çağırış və maneələrin aradan qaldırılmasına imkan yaradacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR