Ərdoğan "Cənubi Qafqazda durum hələ də kövrəkdir" deyir: “Bakı-Tbilisi-Ceyhan boru xətti...”

img

11-11-2022 [10:25]


"Azərbaycanın bütün səylərinə baxmayaraq, Cənubi Qafqazda durum hələ də kövrəkdir. Sülh axtarışında Azərbaycanın yanındayıq".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı Azərbaycanı Qarabağda qazandığı Qələbənin ikinci ildönümü münasibətilə bir daha təbrik edib: "Fürsətdən istifadə edib Azərbaycanın Zəfər Günü münasibətilə qardaşım İlham Əliyev başda olmaqla Azərbaycanı bir daha təbrik edirəm. Bu il müstəqilliklərinin otuzuncu ildönümünü qeyd edən bütün dost və qardaş ölkələri təbrik edirəm”.

Türkiyə lideri vurğulayıb ki, indi dünyada həssas məqamdır: “Ukraynada davam edən müharibənin ədalətli sülhlə başa çatması üçün səylərimizi davam etdiririk".

**

“Bakı-Tbilisi-Ceyhan boru xətti beynəlxalq miqyasda ən uğurlu enerji layihələrindəndir”.

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, TDT enerji sahəsində ümumi layihələrə çox böyük əhəmiyyət verir: “Türk İnvestisiya Fondunun ən qısa vaxtda reallaşması faydalı olacaq. Bu fondun əməkdaşlığımızı daha da gücləndirəcəyinə inanıram”.

R.T.Ərdoğan, həmçinin bildirib ki, nəqliyyat, ticarət və enerji sahəsində təşkilat üzvləri arasında əməkdaşlığın dərinləşməsinə əhəmiyyət verirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR