Erməni vandalizminin qara izi və ya qaranlıq turizm...

img

10-11-2022 [22:29]


Dünya hərb tarixində yeni səhifə açmış və otuz ildən artıq bir müddətdə erməni işğalı altında qalmış Qarabağın azad olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra ötən iki il ərzində yaranmış yeni situasiya təkcə Cənubi Qafqazda sülh və normallaşma istiqamətində görüləcək işlərlə deyil, həm də eyni zamanda gələcəkdə bu bölgədə yeni münaqişələrin yaranmasına qarşı birdəfəlik sədd çəkəcək olan düşünülmüş addımlar atılmasını zəruri edir.

Bu mənada, təkcə az qala yüz əlli ildən artıq müddətdə bu bölgədə hər cür qanlı əməllər, separatizm, terror əməlləri ilə bədnam ad çıxarmış erməni vandalizminə qarşı deyil eyni zamanda bütün hay xəstəliyinə tutulanları hay-həşirlə qucaqlayanlara da qarşı mübarizə aparan qüdrətli Azərbaycan dövlətinin apardığı siyasət dünya gündəmindəki yerini qoruyur. İşğal sonrası Qarabağda aparlıan sürətli quruculuq və bərpa işləri, böyük qayıdışa aparan bütün yolların sözün əsl mənasında, hərtərəfli olaraq hamarlanması ilə yanaşı işğal gerçəkliklərinin, erməni vəhşiliyinin bütün dünyaya tanıdacaq olan turizm fəaliyyəti də bu siyasətin bir tərkib hissəsidir. Dünya turizm literaturasına “Dark”, yəni “Qaranlıq turizmi” adı ilə düşmüş turizm növünün Şuşada və bütün işğaldan azad edilmiş Qarabağda tətbiq olunması erməni vandalizminin qara izlərini bütün dünya səyyahlarının gözü önünə sərəcək. 

“Qaranlıq turizmi” xüsusi bir növ kimi təbii fəlakətlər, texngoen qəzalar, terror, işğal və müharibə nəticəsində baş vermiş ərazilərə səfər etmiş turitslərdə təəssüf, qorxu və buna bənzər dərin düşüncə formalaşdırmaqla əslində turizmin humanitar gücünü bir daha ortaya qoyan bir fəaliyyətdir. Bu mənada, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından başlayarq keçən otuz ildən artıq bir müddətdə ölkəmizin Qarabağ və ona bitişik ərazilərində xalqımıza qarşı törətdiyi terror, işğalçılıq, vandalizm, talançılıq, genosid, ekosid, urbisid hadisələrinin nəticələrini yerində görmək üçün bu bölgəyə səfər edən yerli və əcnəbi turistlərə belə məzmunlu turların təşkili, fikrmizcə, erməni xislətinin bütün dünyaya faş edilməsi baxımından tutarlı ideyadır. Erməni işğalı dövründə Qarabağın yerlə yeksan olunmuş şəhər və kəndləri, talan olunmuş maddi sərvətləri, vandallığa məruz qalmış dini-mədəni obyektləri, məhv olunmuş fauna və florasından nümunələr saxlanılmaqla onların gələcəkdə maddi sübutlar kimi ölkəmizə səfər edən elm adamları, diplomatlar, mədəniyyət xadimləri və ya sadəcə həvəskar turistlərə təqdim olunmaqla ölkəmizə qarşı davam edən haqsız ikili standartlara da tutarlı cavab vermək mümkündür.  

“Qaranlıq” turizm qeyri-adi turizm növüdür. Belə ki, burada digər turizm növlərinin əksinə olaraq istirahət, rekreasiya və ya əyləncə yoxdur. Bu isə turizm sənayesinin əsas gəlir sektoru olan əyləncə sahəsinini bu turizm növündə tətbiqini zəiflədir. Bu turizm növü üzrə akdemik araşdırmalara baxdıqda burada insanların səyahətin “qara üzünə” şahidlik etmək kimi motivlərinin əsas olduğunu görürük. Turizmin bu növü dünyada bir çox yerlərdə, əsasən də Avropa ölkələrində hələ ötən XX əsrin sonlarından başlayaraq yayılıb. Belə ki, İtaliyanın vulkan külləri altında qalmış Pompey şəhərinin qalıqları, İkinci dünya müharibəsinin qanlı izlərinin mövcud olduğu Polşanın Osvesim həbs düşərgəsinin dəhşətli yerləri, həmçinin Almaniya, Çexiya, Macarıstandakı müharibə izləri, Yaponiyadakı atom bombası partlayışının törədildiyi Xirosima və Naqasaki şəhərləri, 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyanın dağılması ilə baş vermiş qanlı toqquşmalar və Srebrenitsa soyqırımının izərini daşıyan yerlər “Qaranlıq” turizmə maraq göstərənlərin ziyarət yerlərindəndir.

Günümüzdə hələ də davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukraynanın Hostomel Hava Limanında məhv edilmiş məşhur AN-225-Mriya təyyarəsinin qalıqları, yaxud bu ölkənin rus işğalçılarına qarşı sona qədər dirənmiş qəhrəman Mariupol şəhəri və onun əfsanəvi müdafiə qalası olan nəhəng Azovstal zavodu da heç şübəhsiz, nə qədər təəssüflü olsa da, gələcəkdə “Qaranlıq” turizm üçün unikal yerlərdən olacaq. Müharibə səbəbindən başqa, bu turizm növü üzrə 1912-ci ildə əfsanəvi Titanik gəmisinin batdığı yerə və ya Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasının 1986-cı ildə partlamış 4-cü reaktoruna və bütövlükdə Pripyat regionuna, Türkmənistanda “Cəhənnəm qapısı” adlandırılan nəhəng yanar qaz kraterinə baxmağa gələnlər də eyni təəssüf və qorxu hisslərini yaşayırlar.

2001-ci il 11 sentyabrında ABŞ-da Dünya ticarət mərkəzinin binalarında törədilmiş terror aktı nəticəsində binaların tamamilə toza dönərək yox olmasından sonra onun yerində yaradılmış memorial kompleksə baxmağa gələnlər də eyni hissləri keçirilər. Keçmiş SSRİ ərazisində isə belə ziyarət yerləri kimi Belarusun paytaxtı Minsk şəhəri yaxınlığındakı Xatın memorial kompleksi və şübhəsiz ki, ermənilərin 1992-cildə törətdiyi Xocalı soyqırımının baş verdiyi yer misal göstərilə bilər. Son otuz il ərzində keçmiş SSRİ-nin dağılması ilə yaranan separatçılıq hərəkətləri və onların nəticəsində hələ də davam edən qanlı toqquşmaların yaratdığı dağıntı və faciələr təəssüf ki, “Qaranlıq” turizm üçün yeni destinasiyalar yaratmışdır ki, bunlardan biri də 30 ilə yaxın müddətdə erməni işğalı altında qalmış Azərbaycanın Qarabağ bölgəsidir.  

İşğaldan azad olunmuş Qarabağda “Qaranlıq” turizmin təşkili üçün kifayət qədər özünəməxsus əsaslar vardır. Belə ki, Qarabağın keçmiş sovet dönəmində mövcud olmuş böyük turizm potensialı, Azərbaycan Respublikasına səfər etmiş turistlərin böyük əksəriyyətinin bu cazibədar regiona səfər etməsi burada turizmin müxtəlif növləri üçün geniş arxazəmin yaradır. Hələ 1988-ci ilə qədər Qarabağda mövcud olmuş turizm infrastrukturu, buradakı təbii və tarixi-mədəni turizm ehtiyatları hər il çox sayda turistin mənalı asudə vaxt keçirməsinə imkan yaradırdı. Füsunkar təbiət, gözəl iqlim, zəngin mədəniyyət Qarabağın ümumi turizm cazibəsini müəyyən edən amillərdən idi. Ermənistanın ölkəmizə qarış təcavüzü nəticəsində isə Qarababağın təkcə turizm potensialını müəyyən edən bu şərait deyil, bütün mülki infrasruktur, təbii və tarixi-mədəni sərvətlər tamamilə dağıdılmışdır. Buna  görə  də Mədəniyyət paytaxtımız Şuşada, Qafqazın Xirosiması adlandırılan Ağdamda, tamamilə dağıdılmış Fizulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və digər rayonlarda törədilmiş cinayətlərin bilavastitə insanlığa nümayiş etdirilməsi üçün beynəlxalq təcrübə olan “Qaranlıq” turizmin gücündən istifadə etmək olar. 

Şuşa şəhəri Qarabağın və bütün Azərbaycanın incisi, qədim mədəniyyət mərkəzidir. Şuşanın turizm potensialı, ümumilikidə, bütün Qarabağın turizm potensialı ilə birlikdə ölkəmizin ümumi turizm potenisialının mühüm bir hissəsini təşkil edir. Keçmişə bir daha nəzər salsaq, görərik ki, Şuşanın turizm potensialı hələ erməni işğalına qədərki dövrdə yüksək tələb görmüş və təkcə Şuşaətrafı istirahət və rekreasiya komplekslərindən hər il on minlərlə yerli və əcnəbi turist istifadə etmişdir. Şuşaya olan turist marağının keçmişdə olduğu kimi indi də yüksək səviyyədə olduğunu nəzərə alsaq, işğaldan sonrakı dövrdə də burada bir çox istiqamətlərdə turizm səfərlərinin həyata keçiriləcəyini düşünmək mümkündür. Belə ki, Şuşa artıq mühüm beynəlxalq görüşlərin keçirldiyi işüzar turizm mərkəzi, dünyada şöhrət qazanan festivalların keçirildiyi yer kimi tanınmış, Azərbaycan musiqi mədəniyyətinin paytaxtı kimi çox sayda sənətçi və incəsənət xadiminin ziyarət etdiyi bir məkan hadına gəlmişdir. Ölkəmizə gəlmiş dövlət başçılarının, dipomatların və media nümayəndələrinin böyük maraqla səfər etdiyi Şuşada tematik turlar kimi “Qaranlıq” turizm məkanlarının seçilməsi də səyahətini pozitiv elementlərlə zənginləşdirmək istəyənləri təəssüfləndirmək deyil, onlara bu mühüm mədəniyyət mərkəzinin erməni işğalından görüdüyü zərərlər haqqında da gerçək məlumatlar verilməsi baxımından əhəmiyyətldir.  

İşğal dövründə ermənilər Qarabağın mədəni mirasına ciddi zərər vurublar. Belə ki rəsmi hesabatlara əsasən ermənilər Laçın rayonunda 74, Kəlbəcərdə 91, Qubadlıda 71, Cəbrayılda 93, Zəngilanda 56, Füzulidə 71, Ağdamda 140, Xocavənddə 93, Şuşada 215, Xocalıda 28 tarix və mədəniyyət abidəsinə zərər vurublar. 1992-ci ilin 8 mayından 2020-ci ilin 8 noyabrınadək erməni işğalında qalmış Şuşaya da ciddi zərərlər dəymiş, şəhər erməni vandalları tərəfindən dağıdılmış, buradakı Azərbaycan xalqına məxsus olmuş maddi-mədəni abidələr təhqir olunmuşdur.

Ermənilər bütün Qarabağ ərazindəki 63 məsciddə oluduğu kimi Şuşadakı məscidlərdə də dağıntılar törətmiş, Azərbaycanın incəsənət xadimlərinin büstlərini güllələrlə dəlik-deşik etmişlər. Şuşa şəhərində erməni vandalizminə məruz qalan qədim yaşayış binaları, tarixi-memarlıq nümunələri və mədəniyyət ocaqlarından XVIII əsrə dair Şuşa qalasının divarlarını, Pənah xanın sarayı və kitabxanasını, İbrahim xanın bürcü və qəsrini, Xan sarayı və karvansarayı, M.P.Vaqifin mədrəsəsi və türbəsini, Yuxarı məscid mədrəsəsini, Hacıqulların malikanəsini, İkimərtəbəli karvansarayı, Mehmandarovların malikanə kompleksini, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidlərini, Xurşidbanu Natəvanın evi və bulağını, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin, Xan Şuşinskinin, tarzən Sadıqcanın evlərini, Mamay bəyin evini, məscidi və bulağı, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeylərini, Şirin su hamamını və sairi göstərmək olar. İşğal dövründə Şuşada məskunlaşmış az sayda olan ermənilər burada müvəqqəti qalacaqların bildiyi üçün şəhərin inkişafı üçün heç bir iş görməmiş, əksinə burada əsl soyğunçuluqla məşğul olmuşlar.  

“Qaranlıq” turizmi erməni xislətinin əsl mahiyyətinin daha geniş şəkildə üzə çıxarılması baxımından tutarlı vasitələrdən biridir. Qarabağ probleminin artıq həll olunduğu, lakin revanşizmə qarşı informasiya sahəsində müharibənin hələ də davam etdiyi bir zamanda qonşularına qarşı nifrət və terror ruhunda yaşayan ermənilərə bundan sonrakı dövrdə beynəlxalq aləmdə tutarlı cavab verilməsi baxımından Şuşa şəhərində və eləcə də bütün Qarabağda və onun ətrafındakı ərazilərdə, hətta 44 günlük Vətən müharibəsi dövründə işğalçı erməni ordusunun Ermənistan ərazisindən atdığı uzunmənzilli raketlərlə Gəncədə və digər şəhərlərə mülki əhaliyə qarşı törədilmiş cinayətlərin izləri “Qaranlıq” turizmi obyekti kimi ölkəmizə gəlmiş turistlərə təqdim oluna bilər.  

Nəticədə isə otuz ildən artıq biri müddətdə ərazsinin 20 faizi erməni işğalı altında qalmış Azərbaycan Respublikası öz torpaqlarını düşməndən azad etdikdən sonra və kommunikasiyaların bərpası və sülh danışıqları istiqamətində qəti addımlar atdığı bir şəraitdə beynəlxalq ictimaiyyətin diqqətini torpaqlarımızda müharibə, qorxu, faciə və dağıntı fraqmentərinin izlərinin yaşadıldığı nöqtələrə, yəni erməni vandailizminin izlərinə yönəltməklə ölkəmizin 30 il ərində erməni işğalı nəticəsində itirdiyi gəlirlərə görə işğalçı dövlətə qarşı təzminat tələbini daha da qüvvətləndirə, işğalçının əsl simasını dünyaya daha yaxşı tanıda və erməni revanşizminin arxazəmininə, onu bəsləyən qüvvələrə qarşı güclü zərbə vura bilər. 

Əli Cabbarov,

Naxçıvan Dövlət Universitetinin dosenti,

SciTech Central  (ABŞ) elmi nəşriyyatı  redaksiya heyətinin üzvü

https://www.scitcentral.com/editorboardDetails.php?id=1697&journal=46 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR