İsmayıllı rayonunda ata və oğlu bıçaqlanıb (Yenilənib)

img

10-11-2022 [16:14]


İsmayıllı rayonunda ata və oğlu bıçaqlanıb.

Məlumata görə, hadisə noyabrın 9-da rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2006-cı il təvəllüdlü Q.Gülmalıyev yaşadıqları evin həyətində
həmkəndliləri - 1994-cü il təvəllüdlü Nəcəfov Cümşüd Rauf oğlu və onun atası, 1964-cü il
təvəllüdlü Nəcəfov Rauf Cümşüd oğlu ilə aralarında ailə-məişət zəminində mübahisə düşüb.

Nəticədə o, R.C.Nəcəfova bir, C.Nəcəfovaya isə 2 bıçaq zərbəsi vuraraq xəsarət yetirib.

Daha sonra Q.Gülmalıyev saxlanılıb/Report.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxsin izahatı alınıb, müvafiq ekspertiza təyin olunub və polis şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR