Dünya müharibə ərəfəsindədir
YAZARLAR
27.04.2014, 22:52
Cenevrə anlaşmasından sonra Ukraynanın Cənub və Şərq vilayətlərində vəziyyət daha da gərginləşib. Buna səbəb həm də rəsmi Kiyevin separatçılara qarşı dözümlü siyasət kursundan imtina edib, antiterror əməliyyatlarına başlamasıdır.
Cenevrə danışıqlarının tərəflərindən biri olan Rusiya rəsmi Kiyevin bu addımını hökumətin öz xalqına qarşı cinayəti sayır və Ukraynaya hərbi müdaxilə edə biləcəyi haqqında bəyanat verir. Artıq Rusiya ordusu Ukrayna ilə sərhəddə hərbi təlimlərə də başlayıb. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə yaranmış vəziyyəti 2008-ci ildə Cənubi Osetiyadakı vəziyyətə bənzədib. Lavrovun bu müqayisəsi Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxilə etdiyi kimi, indi də Ukraynaya hərbi müdaxilə edə biləcəyinin anonsu sayılır. Cenevrə anlaşmasının digər iştirakçıları - ABŞ və Avropa Birliyi Rusiyadan fərqli olaraq, rəsmi Kiyevin an-titerror əməliyyatlarını qanuni hesab edirlər. Vaşinqton və Brüsselin bu mövqeyi isə Moskvada ciddi na-razılıq doğurub və Rusiya Ukraynada baş verənlərə görə ABŞ-ı ittiham etməyə başlayıb. Moskvada düşünürlər ki, rəsmi Kiyevin antiterror əməliyyatının planı Mərkəzi Kəşfiyyat İdarəsinin (M-Kİ) rəhbəri Con Brennanın aprelin 13-də Ukraynaya gizli səfəri zamanı hazırlanıb. Rusiyanın söz sahibləri qeyri-rəsmi şəkildə iddia edirlər ki, antiterror planı MKİ-nin direktevləri əsasındadır. Rəsmi Kiyevin antiterror əməliyyatlarına ABŞ-ın vitse-prezidenti Co Baydenin Ukraynaya səfərindən sonra başlaması isə Moskvada yeni ittihamlar meydana çıxarıb - proses Vaşinqtondan idarə olunur! Rusiya tərəfinin bu ittihamlarının doğru olub-olmadığını birmənalı şəkildə söyləmək mümkün deyil. An-caq ABŞ-ın Ukraynanı birmənalı dəstəkləməsi göz önündədir. İstər MKİ rəhbəri Con Bernnanın, istərsə də vitse-prezident Co Baydenin Kiyevə səfərləri ABŞ-ın Ukraynaya birmənalı dəstəyi kimi qəbul olunur.
ABŞ-ın Rusiyaya qarşı böyük planı
Vaşinqton Kiyevə ən yüksək nümayəndələrini göndərməklə işini bitmiş saymır. ABŞ tərəfi həm də rəsmi Moskvaya qarşı yaratmağa çalışdığı yeni blokun yalnız ЌATO dövlətlərindən ibarət olmasını istəmir. Belə görünür ki, Vaşinqton bu dəfə Moskvaya qarşı tarixin ən böyük birliyini yaratmaq fikrindədir. Belə ki, Vaşinqton yeni bloka ЌATO və Avropa Birliyi ilə yanaşı, Yaponiya başda olmaqla, Uzaq Şərqin bir çox dövlətlərini də cəlb etməyə çalışır. ABŞ prezidenti Barak Obamanın Tokioya səfəri zamanı Yaponiyanın baş naziri Sindzo Abenin Rusiyanın hərəkətlərini sərt şəkildə tənqid etməsi rəsmi Tokionun Moskvaya qarşı formalaşmaqda olan blokda yer almağa hazır olduğunu göstərir. Vaşinqtonun Moskvaya qarşı çox böyük blok qurmağa çalışmasına baxmayaraq, Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalı azalmır. Cenevrə anlaşmasının imzalanması ilə müharibə ehtimalı azalsa da, son günlər artan gərginlik dünyanı yenidən müharibə həddinə gətirib.
Putinin şovinizmi dünyaya fəlakət vəd edir
Rusiya prezidentinin keçmiş müşaviri Andrey İllarionov hələ Krımın ilhaqından sonra bəyan etmişdi ki, Putin bu yarımada ilə kifayətlənməyəcək. O zaman keçmiş müşavirin bu sözləri ciddi qəbul olunmurdu və dünya hələ də sərhədlərin güc yolu dəyişdirilməsinin mümkünlüyünə şübhə edirdi. Ancaq son günlər bu şübhələr azalmaqdadır. Belə görünür ki, keçmiş müşavir Rusiya prezidentinin xarakterinə yaxşı bələd olduğundan, daha doğru fikir səsləndirib. Putinin Krımla kifayətlənməyəcəyi və Ukraynanın ən azı bir hissəsini də Rusiyaya birləşdirməyə çalışacağını düşünən yalnız Andrey İllarionov deyil. Rusiya Dövlət Dumasının üzvü İlya Ponomaryev də hesab edir ki, Putin Krımı ilhaq etməklə geriyə dönüşü olmayan yola qədəm qoyub. Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs vermiş yeganə deputat olan İlya Ponomaryevin fikrincə, Putin istəsə belə, artıq geri çəkilə bilməz. Demək olar ki, Putin özünün yaratdığı vəziyyətin girovuna çevrilib və geri çəkilsə, onun hakimiyyətinə təhlükə yaranacaq. ABŞ xarici siyasətinin formalaşmasına təsir edən azsaylı şəxslərdən biri olan Zbiqnev Bjezinski də hesab edir ki, Putinin şovinizmi dünyaya fəlakət vəd edir.
Üçüncü Dünya müharibəsi təhlükəsi yaranıb
Rusiyanın müharibəyə başlamaq niyyətində olduğunu Ukraynanın baş naziri Arseniy Yatsenyuk da bəyan edib. Bir neçə gün öncəyə kimi Ukrayna hökumətinin başçısı Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsinin mümkün görünmədiyini söyləyirdi. Lakin Rusiyanın Ukrayna ilə sərhəddə çoxlu sayda hərbi texnika və əsgər cəmləşdirməsi, eyni zamanda Moskvadan səslənən bəyanatlar Yatsenyuku mövqeyini dəyişmək məcburiyyətində qoyub. Aprelin 24-də Ukrayna hökumətinin iclasında baş nazir bəyan edib ki, bəşəriyyət İkinci Dünya müharibəsini unutmayıb, Rusiya isə artıq Üçüncü Dünya müharibəsinə başlamaq niyyətindədir. Ukraynanın BMT-dəki nümayəndəsi Yuri Sergeyev isə, Rusiyanın onun ölkəsinin sərhədinə onminlərlə əsgər, çoxlu sayda hərbi texnika və "Qrad" qruğuları cəmləşdirməsi ilə bağlı həyəcan təbili çalıb. Sergeyev bəyan edib ki, texnikanın üzərinə "Sülhməramlı missiya" sözləri yazılıb. Görünür, Rusiya Ukraynaya hərbi müdaxiləsini məhz bu cür qələmə verməyə çalışır. Ekspertlərin fikrincə, artıq elə vəziyyət yaranıb ki, Putinin geriyə addım atması mümkünsüzdür və belə bir vəziyyətin yaranması müharibə ehtimalını artırır.
Rusiya Hitler Almaniyasının taleyini yaşaya bilər
Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalının artması Vaşinqtondan səslənən bəyanatları da sərtləşdirir. ABŞ rəsmiləri bəyan edir ki, əgər Rusiya Ukraynaya hərbi müdaxilə etsə, bu, ona baha başa gələcək. Bu ifadə ilə ABŞ rəsmilərinin nəyə işarə etdiyini dəqiq söyləmək mümkün olmasa da, artıq Rusiyada bə-zi şəxslər həyəcan təbili çalmağa başlayıblar. Məsələn, "Exo Moskva" radiosunun baş redaktoru Aleksey Venediktov hesab edir ki, Almaniyanın 1933-cü ildə seçdiyi yolu seçənlər 1945-ci ildə faşist Almaniyasının başına gələnlərə də hazır olmalıdırlar. Venediktovun fikrincə, Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, müharibənin sonunda Rusiyanın özü dağılacaq. Alksey Venediktovla həmrəy olanlar çox olsa da, bu gün Putinin iradəsinə qarşı açıq şəkildə çıxmaq gü-cündə olan çox az adam var. Xüsusilə də, Rusiyada indi hökm sürən əhval-ruhiyə fərqli fikir söyləməyi çətinləşdirir. Ancaq bununla belə, bir çoxları hesab edir ki, Ukraynaya hərbi müdaxilə Rusiyaya həqiqə-tən də çox baha başa gələ bilər. Buna görə də onlar ehtiyatlı şəkildə müharibənin əleyhinə çıxırlar. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ukaynaya hərbi müdaxilənin yolverilməz oldu-ğunu, belə hadisənin baş verə biləcəyini düşünmək belə istəmədiyini bəyan edib. Rusiyanın siyasi dairələrində ən nüfuzlu şəxslərdən olan V.Matviyenko bəyan edib ki, Ukraynada ya-ranmış böhranı ancaq danışıqlar yolu ilə aradan qaldırmaq olar. Putinin ən yaxın adamlarından olan Matviyenkonun bu mövqeyi Rusiyanın hakim dairlərində hələ də soyuq başla düşünə bilən insanların qalmasından xəbər verir. Digər tərəfdən, Rusiya iqtisadiyyatının durğunluq dövrünə qədəm qoyması artıq rəsmilər tərəfindən də etiraf olunur. Qərbin ağır sanksiyalarının qısa müddətdə dağıdıcı ola biləcəyini hesablayanlar az deyil. Hətta Putinin bəzi rəqibləri də Qərbi belə kəskin addıma əl atmamağa çağırırlar. Onların fikrincə, Qərbin anonsunu verdiyi sanksiyalar tətbiq olunsa, Rusiya iqtisadiyyatı tamamilə çökəcək və bu, ölkədə xaosa səbəb olacaq. "Hərbi-vətənpərvərlik xəstəliyi"nə tutulmayan şəxslər başa düşürlər ki, Ukraynaya hərbi müdaxilə digər postsovet respublikalarını qorxudacaq və onlar Qərbə üz tutacaqlar. Eyni zamanda Rusiyadan gələn təhlükə qorxusu onları Moskvaya qarşı bir cəbhədə birləşdirə bilər. Artıq Moldovanın da Ukrayna ilə birgə Rusiyanın işğalçılıq siyasətinə qarşı mübarizə aparmaq haqqında razılığa gəldiyi bildirilir. Rusiyadan gələn təhlükə artdıqca bu birliyə digər postsovet respublikalarının da qoşulması mümkündür. Rusiyanın isə eyni vaxtda bütün qonşuları ilə müharibə aparmaq gücü yoxdur. Bu həqiqətlər hamıya bəlli olsa da, Rusiya prezidenti Ukraynaya hərbi müdaxilə etməkdə çox israrlı gö-rünür. Əgər Putin belə bir addım atarsa, Rusiya həqiqətən Hitler Almaniyasının taleyini yaşaya bilər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Diplomat və hərbi attaşelər "İstisu" zavodunda - FOTOLAR
12.09.2026, 21:36 GÜNDƏM
-
Xarici İşlər Nazirliyi məlumat yayıb
12.09.2026, 18:09 SİYASƏT
-
Hikmət Hacıyev diplomatların qarşısında erməni yalanını belə ifşa etdi - VİDEO
12.09.2026, 14:40 SİYASƏT
-
Diplomatlar Gəncəsər Monastır Kompleksində - VİDEO
12.09.2026, 13:16 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
12.09.2026, 13:09 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü
12.09.2026, 11:01 İQTİSADİYYAT
-
Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı... - Şəfiqə Məmmədova haqqında nəyi bilirik?
12.09.2026, 10:53 MƏDƏNİYYƏT
-
"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam və..." - Misir Mərdanov fikirlərinin təhrif edildiyini deyir
12.09.2026, 10:09 SİYASƏT
-
“ASAN Kommunal” mərkəzinin yerləşdiyi bina kimindir? - 660 min manatlıq sövdələşmə barədə maraqlı faktlar yayıldı
12.09.2026, 09:07 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12.09.2026, 00:02 CƏMİYYƏT
-
İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanını "dalan"a dirədi: "Şərq-Qərb boru kəməri qapadıldı"
11.09.2026, 23:21 GÜNDƏM
-
"Fənərbağça"dan Baş məşqçi ilə bağlı daha bir - Açıqlama
11.09.2026, 23:14 İDMAN
-
Abdullah Öcalana adada villa tikilib: bağlı-bostanlı və... - Nələr yoxdur ki...
11.09.2026, 23:03 SİYASƏT
-
Ərdoğan adını daşıyan universiteti ziyarət edib - FOTO
11.09.2026, 19:44 GÜNDƏM
-
Norveç Şahzadəsi vəfat etdi - 94 yaşında
11.09.2026, 18:48 DÜNYA
-
İmamoğluna artıq siyasi fəaliyyət qadağası qoyuldu, iş kəsildi - Məhkəmə iki dəfə bəraət aldığı qərarı dəyişdirdi, zalda gərginlik böyüdü
11.09.2026, 18:22 SİYASƏT
-
"Fənərbağça"da İsmayıl Kartal dövrü başa çatdı - Baş məşqçi geri dönmədi
11.09.2026, 18:00 İDMAN
-
Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub
11.09.2026, 17:58 İQTİSADİYYAT
-
Prezidentdən daha bir sərəncam - Mərkəz və Agentliyə yeni səlahiyyət verildi
11.09.2026, 17:55 İQTİSADİYYAT
-
Prezident daha üç nəfərə vəzifə verdi (YENİLƏNİB)
11.09.2026, 17:27 GÜNDƏM
-
Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
11.09.2026, 17:17 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
11.09.2026, 17:00 İQTİSADİYYAT
-
Hava ilə bağlı - Xəbərdarlıq
11.09.2026, 16:54 GÜNDƏM
-
58 ölkə və 9 beynəlxalq təşkilatın 150 nəfərdən ibarət heyəti Qarabağ bölgəsində... - Hikmət Hacıyevin müşayiəti ilə + FOTOLAR (Yenilənib)
11.09.2026, 16:26 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şuranı topladı: nələr müzakirə olundu?
11.09.2026, 16:08 İQTİSADİYYAT
-
Husilərlə bacarmayan Səudiyyə, savaşa meylli Pakistan, susqun Türkiyə, arxada gizlənən İran... - DÜNYANIN GÖZÜ YƏMƏNƏ ÇEVRİLİB
11.09.2026, 16:00 GÜNDƏM
-
RƏSMİ MOSKVA DAHA BİR ÖLKƏNİ HƏDƏLƏDİ: "Əgər bir ölkənin bizə qarşı nüvə təhdidi olacaqsa, niyə boş dayanmalıyıq ki?"
11.09.2026, 15:59 GÜNDƏM
-
Pakistan: "ABŞ və İranın yenidən danışıqlar masasına qayıtması üçün əlimizdən gələni edirik"
11.09.2026, 15:52 DÜNYA
-
Kolleclərdə boş qalan yerlər: qəbulun nəticələri açıqlanıb
11.09.2026, 15:44 GÜNDƏM
-
ABŞ-ın ölkəsindən qaçırdığı Maduronun həyat yoldaşı ev dustaqlığına buraxılacaq? - Vəkillər vəsatət verdi
11.09.2026, 15:32 GÜNDƏM
-
“Tamaşaçı üçün nə fərqi var ki, məni yutubda izlədi, yaxud da televiziyada?”
11.09.2026, 15:30 PRESS
-
Deputat: "Allahla kimsə müqavilə bağlayıb ki, nə vaxt vəfat edəcək?"
11.09.2026, 15:26 MƏDƏNİYYƏT
-
Xalq artistinin qızının keçmiş nişanlısı: "Məni qınayanların başına və balasının başına gəlsin"
11.09.2026, 15:23 ŞOU-BİZNES