AFFA bu klubları cəzalandırıb

img

10-11-2022 [18:01]


AFFA İntizam Komitəsi bəz klubları cəzalandırıb.

Mia.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında iştirak edən 7 klub müxtəlif səbəblərdən cərimlənib:

"Azərbaycan Premyer Liqası XIII turunun “Turan Tovuz” – “Şamaxı” oyununda təcili tibbi yardım maşını oyunun başlama vaxtına gecikdiyinə görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilsin. (maddə 59.4)

“Şamaxı” klubunun qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə “Şamaxı” klubu 4000 manat cərimə edilsin, Anar Niftəliyev 5 oyunluq kənarlaşdırılsın (maddə 41.6.).

Oyunda hər iki komandanın texniki zonasında oturan şəxsləri A buraxılış vəsiqələrini taxmadıqlarına görə hər iki klub 800 manat cərimə edilsin (maddə 60).

“Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilsin (maddə 39).

“Sumqayıt” – “Neftçi” oyununda “Neftçi” klubu stadiona gecikdiyi üçün klub 800 manat cərimə edilsin (maddə 54).

Stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilmədiklərinə görə “Sumqayıt” klubu 800 manat cərimə edilsin (maddə 60).

“Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov oyunun rəsmi şəxsini təhqir etdiyinə görə “Sumqayıt” klubu 4000 manat cərimə edilsin və Samir Abasov 5 oyunluq kənarlaşdırılsın. (maddə 41.4.)

“Səbail” – “Sabah” oyununda “Səbail” klubu tərəfindən PFL-in futbol himninin səsləndirilməməsinə görə klub 800 manat cərimə edilsin (maddə 84)".


Digər xəbərlər
SON XƏBƏRLƏR