Rəşad Dağlı məhkəmədə ifadə verdi, 14 bıçaq zərbəsi vurmasının səbəbini belə izah etdi: "Birinci zərbəni onun ürək nahiyəsinə vurmuşam" - FOTOLAR (Yenilənib)

img

10-11-2022 [21:19]


Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) tanışı İskəndər Mehtiyevə ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Mia.az xəbər verir ki, bu faktı Qaradağ Rayon Məhkəməsində qətli törədən  Rəşad Dağlı deyib.

O, hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən iclasdaözünü təqsirli bilib: “Mənim maşınımda görüşdük. O, qarşıda sərnişin yerində əyləşmişdi. Aramızda münaqişə yarandı. Bıçaq onun əlində idi. Mənim şərəf və ləyaqətimi təhqir etdi.  Mən onun əlindəki bıçağı alıb ona zərbə endirdim. Yalnız birinci zərbəni xatırlayıram. Digərləri yadıma gəlmir. Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım”.

Xatırladaq ki, bu gün Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

***

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ Rayon Məhkəməsinə gətirilib.

Mia.az xəbər verir ki, hakim Teymur Qurbanovun sədrlik etdiyi prosesdə Rəşad Dağlının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı yenidən Qaradağ Rayon Prokurorluğuna gətirilib.

Mia.az xəbər veirr ki, o, Bakı Narkoloji Mərkəzində müayinədən keçirilib və daha sonra cinayət baş verən yerə aparılıb.

Hazırda istintaq aparılır.

Bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

***

Meyxanaçı Rəşad Əmirov (Dağlı) məhkəməyə aparılır.

Mia.az xəbər verir ki, bu barədə görüntülər ictimai TV-də yayımlanıb.

***

Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.

Mia.az  APA-ya istinadla xəbər verir ki, hazırda Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır.

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR