Şirvanda Şəhidlər Xiyabanı və şəhid Şəhriyar İsmayılzadənin ailəsi ziyarət olunub - FOTOLAR
08-11-2022 [11:09]
8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbirlərin davamı olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şura üzvləri, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər. \
Mia.az xəbər verir ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların məzarları üzərinə və Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidənin önünə gül-çiçək dəstələri düzərək onların xatirəsinə ehtiramlarını ifadə ediblər.
Sonra Şəhidlər Xiyabanında şəhid analarının şərəfinə ucalan “Şəhid Anası” memorial abidə kompleksi ziyarət olunub. Ziyarətdən sonra Şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov hüquq-mühafizə orqanlarının rəhbərləri və Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birlikdə Vətən müharibəsinin şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun anım günü ərəfəsində ailəsinə baş çəkib.
Şəhriyar İsmayılzadənin fotolarından və şəxsi əşyalarından ibarət xatirə güşəsnə baxış keçirilib, ruhuna dualar oxunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailələsinə başsağlığı verərək, Vətənə ləyaqətlə xidmət edən vətənpərvər övlad böyütdükləri üçün təşəkkür edib və onlara Allahdan səbir diləyib. Şəhidlərin əziz xatirəsinin əbədi olaraq xalqımızın yaddaşına həkk olunduğunu, həmişə hörmət və ehtiramla xatırlanacaqlarını qeyd edib. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərərək azad edən qəhrəmanlardan və Şanlı Zəfərdən söz açıb. Şirvan şəhərinin qəhrəman oğlu Şəhriyarın döyüşlərdə göstərdiyi şəxsi igidlikdən və şücaətdən bəhs edib. Onların qələbəmizin təmin olunmasındakı fədakarlıqlarının dövlət başçısı tərəfindən ən yüksək səviyyədə dəyərləndirildiyini qeyd edib. Ölkə başçısının Zəfər Günü ərəfəsində imzaladığı sərəncamla Şəhriyar İsmayılzadənin 3-cü dərəcəli “Vətənə xidmətə görə"ordeni ilə təltif olunduğunu bildirib. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də mütəmadi davam etdirildiyini vurğulayıb.
Ziyarət zamanı şəhidin ailə üzvləri Şəhriyarla bağlı xatirələrini bölüşüblər. Onun uşaqlıqdan necə vətənpərvər ruhda böyüdüyünü, vətənə şərəflə xidmət etdiyini və onunla qürur duyduqlarını bildiriblər.İsmayılzadə Şəhriyarın ailəsi onlara göstərilən həssas münasibətə, mənəvi dəstəyə görə ölkə başçısı, cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)