Zəfər Günü: İkinci Şəhidlər xiyabanına axın var, bir dəqiqəlik sükut elan edilib.

img

08-11-2022 [10:00]


Zəfər Günündə İkinci Şəhidlər xiyabanına insan axını başlayıb.

Mia.az xəbər verir ki, Zəfər Günündə İkinci Şəhidlər Xiyabanında şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Xatırladaq ki, 2020-ci ildə 44 gün davam edən müharibədə 2 906 nəfər torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli imzaladığı sərəncəma əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR