Şuşanın mədəni irsi Azercell-in rəqəmsal təqdimatında
07-11-2022 [14:08]
Lider mobil operator növbəti dəfə Azərbaycan ədəbiyyatının incilərini elektron kitabın müxtəlif formalarında dünyaya çatdırır
“Azercell Telekom” mədəni irsimizi dünyaya tanıdıb onu müxtəlif dillərdə əlçatan etmək ənənəsinə sadiq qalaraq Qarabağ ədiblərinin əsərləri əsasında audiovizual məzmunlar hazırlanmasını nəzərdə tutan yeni sosial layihə həyata keçirir.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Azercell Şuşa mədəni irsindən ibarət əsər toplusunu audiokitab, audiopyes, komiks, animasiya, podkast, videolar formatında Azərbaycan, Türk, İngilis, Rus və Fransız dillərində hazırlayaraq həm yerli, həm də beynəlxalq içtimaiyyətə təqdim edəcək.
Audiokitablarla yanaşı, Azercell tərəfindən ilk dəfə audio-pyes rəfi yaradılacaq ki, bu da Nəcəf bəy Vəzirovun “Еv tərbiyəsinin bir şəkli” əsərinin çoxsəsli audiopyes formasında Azərbaycan dilində səhnələşdirilməsi təşəbbüsündən ibarət olacaq. Bundan əlavə, Şuşada yazıb-yaratmış müəlliflər və tarixi şəxsiyyətlər barədə məlumatlar da geniş auditoriya üçün podkastlar, komiks və animasiyalar formatında müxtəlif dillərdə təqdim ediləcək.
Əsrlər boyu Şuşa ədəbi mühiti Azərbaycan mədəniyyətində özünəməxsus yer tutub. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Süleyman Sani Axundov və digər yazıçı və mütəfəkkirlərimiz Şuşa ədəbi mühitində göz açaraq püxtələşmişlər. Şuşa ədiblərinə həsr olunmuş bu layihənin tam təqdimatı dekabr ayı üçün nəzərdə tutulur.
Xatırladaq ki, milli rəqəmsal məzmunun həm ana dilində, həm də dünyanın müxtəlif dillərində yayımlanması məqsədilə “Azercell Telekom” bundan öncəki illərdə İmadəddin Nəsiminin seçmə qəzəllərini, Nizami Gəncəvinin 100-dən çox seçilmiş əsərini, “Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif oçerk və elmi əsərləri, eləcə də müxtəlif klassik və müasir müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq oxuculara çatdırmışdı.
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb