“AZERCELL - CUP” İnformatika və Proqramlaşdırma Müsabiqəsinə start verilir

img

05-11-2022 [17:58]


"Azercell Telecom" MMC informatika və kompüter elmləri sahəsində məktəb təhsilinin dəstəklənməsi, həmçinin məktəblilərin alqoritmik düşünmə qabiliyyətinin inkişafına yönəlmiş layihələri həyata keçirməyə davam edir.

Mia.az xəbər verir ki, lider mobil operator 6-8-ci sinif şagirdlərini Elm və Təhsil Nazirliyi ili birgə əməkdaşlıqda noyabrın 19-da təşkil olunacaq “Azercell Cup” İnformatika və Proqramlaşdırma Müsabiqəsində iştirak etməyə dəvət edir. Qeydiyyat tarixi: 06-13.11.2022.

İki mərhələdən ibarət olacaq müsabiqənin I mərhələsi www.olimpiada.edu.az saytı üzərindən onlayn keçiriləcək. Müsabiqədə 2 000 şagirdin iştirakı nəzərdə tutulub. Yarışın sonunda 24 nəfər qalib elan ediləcək. Hər yaş qrupu üzrə qaliblər diplom və medallarla, həmçinin “Azercell Telecom”un dəyərli hədiyyələri ilə təltif olunacaq. Yüksək nəticələr göstərən iştirakçılar Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçirilən hazırlıq proqramlarında iştirak etmək imkanı qazanacaqlar.

Texnoloji dünyanı birlikdə quraq, gələcəyə töhfə verək!


Digər xəbərlər
SON XƏBƏRLƏR