Ceyhun Bayramov Laçın dəhlizindən danışdı: "Bu, hərbi məqsədlər üçün istifadə oluna bilməz, yalnız...”

img

05-11-2022 [11:40]


“Laçın dəhlizi yalnız üç məqsəd üçün istifadə oluna bilər. Hərbi məqsədlər üçün istifadə oluna bilməz”.

Mia.az xəbər verir ki, bu szləri jurnalistlərə açıqlamasında Xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, b məsələ üçtərəfli bəyanatda da açıq qeyd olunub: “Dəhliz yalnız vətəndaşların, nəqliyyat vasitələrin və yüklərin daşınması üçün istifadə oluna bilər”.

Nazir daha sonra gözlənilən növbəti üçtərəfli görüş barədə sualı da cavablandırıb.

O bildirib ki, Brüsseldə növbəti üçtərəfli sammitlə bağlı ilkin razılaşma əldə olunmuşdu:

"Avqustun 31-də keçirilmiş görüşdə növbəti görüşün noyabr ayında keçirilməsi qeyd edilmişdi. Amma nəzərə almaq lazımdır ki, ondan sonra əvvəlcədən planlaşdırılmamış dördtərəfli görüş baş tutmuşdu. Ona görə də hələ ki, növbəti üçtərəfli görüş barədə məlumat yoxdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR