"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır

img

04-11-2022 [16:46]


Şirkət Azərbaycanda cüdo idman növü üzrə Böyük Dəbilqə turnirinə təşkilati dəstək verəcək

Beynəlxalq Cüdo Federasiyasının rəsmi təqviminə əsasən Azərbaycan növbəti dəfə cüdo idman növü üzrə Böyük Dəbilqə turnirinə ev sahibliyi edəcək.

Mia.az xəbər verir ki, 4-6 noyabr tarixində Heydər Əliyev adına İdman Sarayında baş tutacaq bu turnirə "Azercell Telecom"MMC təşkilati dəstək verəcək. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq olan "Azercell" tədbir boyu ərazidə xidmət edən stansiyalara nəzarət edəcək.

Yarışda 61 ölkədən 400-ə yaxın idmançının iştirakı gözlənilir. Turnirdə Azərbaycan 28 kişi və 9 qadın cüdoçu ilə təmsil olunacaq.

Böyük Dəbilqə turnirində cüdoçularımızı dəstəkləyir, onlara uğurlar arzulayırıq!


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub