Abşeronda əməliyyat: bu şəxslər tutuldu - VİDEO

img

04-11-2022 [13:01]


Abşeron rayonunda 7 evdən oğurluq edən şəxslər saxlanılıblar.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.

Mənzilin sahibi Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək naməlum şəxsin evə daxil olaraq oradan dəyəri 5 min manat olan bir ədəd ov tüfəngi, həmçinin digər məişət əşyaları oğurladığını bildirib.

Eyni məzmunlu şikayətlərlə ətraf ərazidə olan daha bir neçə evdən Polis Bölməsinə şikayətlər daxil olub.

Hadisə yerlərinə baxış keçirilən zaman müəyyən edilib ki, oğurluqlar eyni şəxslər tərəfindən törədilib.

Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqlarda şübhəli bilinən əvvəllər məhkum olunmuş Aqşin Hüseynov və Elman Əkbərzadə saxlanılıblar. Onlar ifadələrində həmin ərazidə yerləşən ümumilikdə 7 evdən televizor, kompüter avadanlıqları və digər əşyalar oğurladıqlarını bildiriblər. Aqşin Hüseynov və Elman Əkbərzadədən oğurluq yolu ilə ələ keçirdikləri əşyaların bir qismi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR